Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 12:1—21

12  Buna görə də qardaşlar, Allahın şəfqəti xatirinə sizə yalvarıram: bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin; zehninizi müqəddəs xidmətin icrasına sərf edin.  İndən belə bu zəmanəyə uyğunlaşmayın. Əksinə, ağlınızı yeniləşdirərək büsbütün dəyişin ki, Allahın iradəsinin faydalı, xoş və kamil olduğuna əmin ola biləsiniz.  Mənə bağışlanmış lütf sayəsində hər birinizə deyirəm: özünüz haqqında həddindən artıq yüksək fikirdə olmayın. Hər kəs özü haqqında Allahın ona verdiyi iman çərçivəsi daxilində düşünsün və sağlam düşüncəni qoruyub saxlasın.  Necə ki, bədənimizdə çox üzv var, amma bütün üzvlər eyni işi icra etmirlər,  eləcə də biz, çox olsaq da, Məsihlə vəhdətdə bir bədən təşkil edirik, ayrı-ayrılıqda isə bir-birimizə bağlı üzvlərik.  Aldığımız lütfdən doğan ənamlar müxtəlifdir. Əgər bu, peyğəmbərlik ənamıdırsa, gəlin bizə verilmiş iman çərçivəsində peyğəmbərlik edək;  xidmət ənamıdırsa, xidmətlə məşğul olaq. Qoy təlim verən təlim verməklə,  nəsihət verən nəsihət verməklə məşğul olsun, bölüşən səxavətlə bölüşsün, rəhbərlik edən canla-başla rəhbərlik etsin, mərhəmət göstərən isə qoy sevinclə mərhəmət göstərsin.  Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılıqdan bərk yapışın. 10  Bir-birinizə nəvazişlə qardaşlıq məhəbbəti bəsləyin. Bir-birinizə hörmətdə həmişə təşəbbüs göstərin. 11  İşinizdə ləng olmayın. Allahın ruhu ilə coşun. Yehovaya canla-başla xidmət edin. 12  Ümidinizə sevinin. Çətinliklərə sinə gərin. Daima dua edin. 13  Müqəddəslər korluq çəkəndə onlara əl tutun. Qonaqpərvər olun*. 14  Sizi təqib edənlər üçün yaxşılıq diləyin; lənət yox, yaxşılıq diləyin. 15  Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. 16  Başqaları haqqında özünüz barədə düşündüyünüz kimi düşünün, lovğa xülyalara düşməyin, təvazökarlığı əldə rəhbər tutun. Öz gözünüzdə ağıllı olmayın. 17  Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı sayılan işləri görün. 18  İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın. 19  Əzizlərim, öz qisasınızı almayın, lakin Allahın qəzəbi üçün yer qoyun. Çünki yazılıb: «Yehova belə deyir: “Qisas Mənimdir, əvəzini Özüm verəcəyəm”». 20  Amma «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver, beləcə, onun başına köz yığacaqsan». 21  Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl.

Haşiyələr

Hərfən «qəribləri sevin»