Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 11:1—36

11  Buna görə soruşmaq istəyirəm: məgər Allah Öz xalqından imtina edib? Əsla! Mən də israilliyəm, İbrahimin nəslindən, Binyamin qəbiləsindənəm.  Allah əzəldən nəzər saldığı xalqından imtina etməyib. Məgər Müqəddəs Yazılarda İlyas haqqında deyilənləri bilmirsiniz? Xəbəriniz yoxdur ki, o, Allaha İsraildən necə şikayət edirdi?  «Ey Yehova! Onlar Sənin peyğəmbərlərini öldürdülər, qurbangahlarını dağıdıb yerlə yeksan etdilər. Təkcə mən qalmışam, mənim də canımı almaq istəyirlər».  Bəs Allah ona nə cavab verdi? «Mən Özüm üçün Baalın qarşısında diz çökməmiş yeddi min adam saxlamışam».  Eləcə də indi Allahın lütfü sayəsində seçilmiş bir qisim israilli ortaya çıxıb.  Əgər seçim lütf sayəsindədirsə, artıq əməllərə görə deyil. Əks təqdirdə, lütf daha lütf olmazdı.  Bəs onda necə olsun? İsrail can atdığı şeyə nail olmadı, lakin seçilmişlər nail oldular. Qalanlarının isə ürəyi kütləşdi,  necə ki, yazılıb: «Allah onlara dərin yuxu, görməyə yaramayan gözlər və eşitməyə yaramayan qulaqlar verdi. Onlar ta indiyədək bu vəziyyətdədirlər».  Davud da demişdi: «Qoy onların süfrələri onlar üçün tələ, tor, əngəl və cəza olsun, 10  qoy gözləri tor salsın və görməsinlər, belləri həmişəlik bükülsün». 11  Belə isə soruşuram: yəni onlar büdrəyib tamam yıxıldılar? Əsla! Lakin onların yanlış addımı sayəsində digər xalqlardan olan insanlar üçün xilas yolu açıldı ki, onların qeyrəti oyansın. 12  Əgər onların yanlış addımı dünya üçün və saylarının azalması digər xalqlardan olan insanlar üçün ruhani zənginlik deməkdirsə, gör onların bütöv sayı nə demək olacaq! 13  İndi isə digər xalqlardan olan sizlərə müraciət edirəm. Mən digər xalqlara göndərilmiş bir həvari kimi xidmətimi ucaldıram. 14  Bəlkə bununla soydaşlarımda qeyrət oyadıb onlardan bəzilərini xilas etdim. 15  Əgər onların rədd olunması dünya üçün barışıq deməkdirsə, onda onların qəbul olunması ölülər üçün həyat demək deyilsə, bəs nədir? 16  Bundan başqa, əgər xəmirdən nübar kimi götürülmüş bir tikə müqəddəsdirsə, deməli, bütün xəmir də müqəddəsdir. Əgər kök müqəddəsdirsə, deməli, budaqlar da müqəddəsdir. 17  Lakin budaqların bəzisi qoparılıbsa və sən cır zeytun budağı ola-ola onların arasında calaq edilib onlarla birlikdə zeytunun güclü kökündən qidalanırsansa, 18  budaqların qarşısında öyünmə. Yox əgər öyünürsənsə, yadında saxla ki, sən kökü yox, kök səni saxlayır. 19  Sən deyəcəksən: «Budaqlar qoparılıb ki, mən calaq olunum». 20  Olsun! Onlar imanları olmadığına görə qoparıldı, sən isə imanın sayəsində durursan. Lovğa fikirləri kənara qoy və özünü gözlə. 21  Çünki əgər Allah ağacın doğma budaqlarına qıydısa, sənə də qıyacaq. 22  Allahın xeyirxahlığına və zəhminə bir fikir ver. Allah yıxılanlara qarşı zəhmli, sənə qarşı isə xeyirxahdır, bu şərtlə ki, Onun xeyirxahlığına layiq yaşayasan. Əks təqdirdə, sən də kəsilib atılacaqsan. 23  Onlar da imansızlıqdan əl çəksələr, calaq ediləcəklər, çünki Allah onları yenidən calaq etməyə qadirdir. 24  Əgər sən cır zeytun ağacından kəsilib, təbiətə zidd olaraq, bağ zeytununa calaq olunmusansa, gör o ağacın doğma budaqları necə asanlıqla calaq olunacaqlar! 25  Qardaşlar! Öz gözünüzdə ağıllı olmayasınız deyə, bu müqəddəs sirri sizə açmaq istəyirəm: digər millətlərdən gələn adamların sayı tamamlanana qədər İsrailin bir hissəsi ürəyi küt vəziyyətdə qalacaq və 26  bütün İsrail bu cür xilas ediləcək, necə ki, yazılmışdır: «Xilaskar Siondan gələcək və Yaqubu pis əməllərdən uzaqlaşdıracaq. 27  Onların günahlarını aradan götürdüyüm zaman onlarla əhd bağlayacağam». 28  Doğrudan da, onların xoş xəbərdən imtina edib Allahla düşmən olmaları sizin xeyriniz üçündür. Lakin Allah onların ulu atalarına verdiyi vədin xatirinə onlardan bəzilərini seçmiş və sevmişdir. 29  Çünki Allah verdiyi ənamlara və etdiyi dəvətlərə görə peşmançılıq çəkməyəcək. 30  Bir vaxtlar siz Allaha itaət etmirdiniz, amma indi onların itaətsizliyi ucbatından sizə mərhəmət göstərilib. 31  Eynilə onların indiki itaətsizliyi sayəsində sizə mərhəmət göstərildi ki, onlara da indi mərhəmət göstərilsin. 32  Axı Allah onların hamısını itaətsizliyə düçar etdi ki, hamısına mərhəmət göstərə bilsin. 33  Allahın xeyir-duası necə də boldur, hikməti və biliyi dərin bir ümmandır! Onun hökmləri ağlasığmaz, yolları tədqiqolunmazdır! 34  Axı «kim Yehovanın əqlini dərk edib, yaxud kim Ona məsləhətçi olub?» 35  Ya da «kim Ona birinci verdi ki, indi O geri qaytarmalıdır?» 36  Çünki hər şey Ondandır, Onun sayəsindədir və Onun üçündür. Ona əbədiyyən eşq olsun! Amin.

Haşiyələr