Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 10:1—21

10  Qardaşlar, onların xilasını sidqi-ürəkdən arzu edirəm, bundan ötrü gecə-gündüz Allaha yalvarıram.  Allahın qeyrətini çəkdiklərinə özüm şahidəm, ancaq bunu dəqiq biliyə əsaslanaraq etmirlər.  Onlar Allahın salehlik yollarına tabe olmadılar, çünki Onun salehlik yollarını dərk etmədilər, əvəzində öz salehlik normalarını təsis etmək istədilər.  Məsih ölümü ilə Qanunu başa çatdırdı, beləliklə, iman edən hər kəs salehliyə yetişə bilər.  Musa yazır ki, insan Qanuna tam riayət etməklə yetişdiyi salehlik sayəsində yaşayacaq.  İmandan doğan salehlik isə belə deyir: «Ürəyində: “Kim göyə qalxıb Məsihi düşürəcək?”  Yaxud “Kim dibsiz ümmana düşüb Məsihi ölülərin arasından çıxaracaq?”, — demə».  Bəs Müqəddəs Yazılarda nə deyilir? «O söz sənə yaxındır, dilində, ürəyindədir». Təbliğ etdiyimiz iman «sözü» də elə budur.  Əgər sən «dilindəki o sözü», yəni İsanın Ağa olduğunu hamıya bəyan edirsənsə və Allahın onu diriltdiyinə ürəkdən iman edirsənsə, xilas olacaqsan. 10  Çünki insan ürəkdən iman edəndə salehliyə, imanını dili ilə bəyan edəndə isə xilasa yetişir. 11  Müqəddəs Yazılar deyir: «İmanını onun üzərində quran heç vaxt peşman olmayacaq». 12  Yəhudi ilə yunan arasında ayrı-seçkilik edilmir, çünki hamının Rəbbi* birdir və O, Onu çağıranlara bol-bol xeyir-dua verir. 13  Axı «Yehovanın adını çağıran hər kəs xilas olacaq». 14  Bəs iman etmədikləri Şəxsin adını necə çağırsınlar? Barəsində heç vaxt eşitmədikləri Şəxsə necə iman etsinlər? Təbliğ edən olmasa onlar haradan eşitsinlər? 15  Əgər göndərən olmasa kim təbliğ edər? Axı yazılıb: «Yaxşı şeylər haqqında xoş xəbəri bəyan edənlərin ayaqları nə gözəldir!» 16  Ancaq xoş xəbərə hamı boyun əymədi. Çünki Yeşaya belə deyir: «Yehova, kim bizdən eşitdiyinə inandı?» 17  Deməli, iman insanda sözü eşidəndən sonra yaranır. Söz isə Məsih haqqında danışılanda eşidilir. 18  Amma mən soruşuram: məgər onlar eşitməmişdilər? Axı «avazları bütün dünyaya yayıldı, sözləri yerin ucqarlarına çatdı». 19  Bir də soruşuram: məgər İsrail bilmirdi? Musa əvvəlcə belə deyir: «Mən sizin qeyrətinizi başqa xalq vasitəsilə oyadacağam; sizi düşüncəsiz xalq vasitəsilə bərk qəzəbləndirəcəyəm». 20  Yeşaya isə cəsarətlə Allahın sözlərini bəyan edir: «Məni axtarmayanlar Məni tapdılar. Mənim haqqımda soruşmayanlara Özümü tanıtdım». 21  İsrail haqqında isə bunları deyir: «Bütün günü əllərimi üzümə qayıdan itaətsiz xalqa uzatdım».

Haşiyələr

Yaxud «Ağası». Yunanca Kirios