Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Qalatiyalılara 6:1—18

6  Qardaşlar, əgər kimsə bilmədən səhv bir iş görərsə, siz yetkin məsihçilər, onu mülayimcəsinə düzəltməyə çalışın. Eyni zamanda, özünüzdən muğayat olun ki, yoldan çıxmayasınız.  Bir-birinizin yükünü daşıyın və bu yolla Məsihin qanununu icra edin.  Özü bir şey olmaya-olmaya, özü haqqında yüksək fikirdə olan insan özünü aldadır.  Amma qoy hər kəs öz işini sınaqdan keçirsin, onda özünü başqaları ilə müqayisə etmədən özünə baxıb sevinəcək.  Çünki hər kəs öz məsuliyyət yükünü daşıyacaq.  Qoy Allahın sözünü öyrənən adam hər bir yaxşı şeyi onu öyrədənlə bölüşsün.  Aldanmayın, Allaha rişxənd edilməz; insan nə əkərsə, onu da biçəcək.  Günahlı bədəni üçün əkən bədənindən məhv biçəcək, ancaq ruh üçün əkən ruhdan əbədi həyat biçəcək.  Beləliklə, gəlin yaxşılıq etməkdən yorulmayaq, çünki taqətdən düşməsək, vaxtında biçəcəyik. 10  Doğrudan da, nə qədər ki, əlimizdə fürsət var, hamıya, ələlxüsus iman qardaşlarımıza yaxşılıq edək. 11  Görürsünüz, öz əlimlə sizə necə böyük hərflərlə yazmışam! 12  Sizi sünnət olunmağa məcbur edənlər, əslində cismani şeylərlə insanların rəğbətini qazanmaq istəyirlər. Onların yeganə məqsədi Məsih İsanın işgəncə dirəyinə görə təqibdən yayınmaqdır. 13  Hətta sünnət olunanların özləri Qanuna riayət etmirlər; onlar sizi ona görə sünnət etmək istəyirlər ki, sizin bədəninizlə öyünsünlər. 14  Mən isə Ağamız İsa Məsihin işgəncə dirəyindən başqa bir şeylə ömrümdə öyünmərəm. Çünki onun vasitəsilə dünya mənim gözümdə, mən də dünyanın gözündə dirəyə mıxlandıq. 15  Çünki nə sünnət olunmağın, nə də olunmamağın əhəmiyyəti yoxdur, əhəmiyyəti olan şey yeni xilqətdir. 16  Bu qaydaya əsasən yaşayanların hamısına — Allahın İsrailinə sülh və mərhəmət yar olsun. 17  Bundan sonra qoy heç kim mənim üçün çətinlik törətməsin, çünki mən bədənimdə İsanın qulu damğasını daşıyıram. 18  Qoy Ağamız İsa Məsih öz lütfü ilə ovqatınıza xeyir-dua versin. Amin.

Haşiyələr