Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Qalatiyalılara 5:1—26

5  Məsih bizi bu cür azadlıq naminə azad etdi. Buna görə də möhkəm durun, yenidən köləliyin boyunduruğu altına girməyin.  Baxın, bunu sizə mən, Pavel deyirəm: əgər sünnət edilsəniz, Məsihin sizə heç bir faydası dəyməyəcək.  Bundan əlavə, hər birinizə yenidən xatırladıram: əgər sünnət edilirsinizsə, onda bütün Qanuna riayət etməyə borclusunuz.  Qanun vasitəsilə saleh elan edilməyə çalışan hər kəsə deyirəm: siz Məsihdən ayrıldınız, onun lütfündən uzaqlaşdınız.  Biz isə müqəddəs ruhun sayəsində imandan doğan salehliyə yetişməyi səbirsizliklə gözləyirik.  Məsih İsa ilə vəhdətdə olanlar üçün sünnət və ya sünnətsizlik heç bir əhəmiyyət kəsb etmir. Ən əsası, məhəbbət vasitəsilə fəaliyyət göstərən imandır.  Siz yaxşı qaçırdınız. Bəs həqiqətə itaət etməyinizə kim mane oldu?  Bu cür fikirlər sizi çağıran Allahdan deyil.  Azacıq maya bütün xəmiri acıdır. 10  Əminəm ki, Ağamızla vəhdətdə olan sizlər mənimlə razılaşacaqsınız. Amma sizin üçün çətinlik yaradan hər kimdirsə, öz cəzasını çəkəcək. 11  Mənə gəlincə, qardaşlar, əgər mən hələ də sünnəti təbliğ etsəydim, heç məni təqib edərdilər? Onda işgəncə dirəyi də heç kəs üçün maneə olmazdı. 12  Sizi yoldan çıxarmağa çalışanlar isə istəyirlərsə, lap axtalana da bilərlər! 13  Qardaşlar, siz azadlığa çağırılmısınız. Bircə bu azadlığı bədənin istəklərinə qurban verməyin. Məhəbbətlə bir-birinizin nökəri olun. 14  Çünki bütün Qanun bir kəlmə ilə ifadə edilib: «Yaxınını özünü sevdiyin kimi sev». 15  Ehtiyatlı olun, əgər bir-birinizlə didişirsinizsə, bu, sizi məhv edə bilər. 16  Sizə deyirəm, ruhun rəhbərliyi altında yaşayın, onda əsla bədəninizin istəklərinin dalınca düşməyəcəksiniz. 17  Çünki bədən öz istəkləri ilə ruha qarşıdır, ruh da bədənə qarşıdır. Bu qarşıdurma üzündən siz etmək istədiyinizi etmirsiniz. 18  Amma ruhun rəhbərliyi altında yaşayırsınızsa, deməli, Qanunun tabeliyində deyilsiniz. 19  Günahlı bədənin əməlləri bəllidir. Bunlar: cinsi əxlaqsızlıq, natəmizlik, pozğun davranış, 20  bütpərəstlik, spiritizm*, ədavət, ixtilaf, hiddət, qəzəb, didişmə, nifaq, təriqətçilik, 21  paxıllıq, sərxoşluq, kef məclisləri və sairədir. Əvvəlki kimi, sizi yenə də xəbərdar edirəm: belə işlərlə məşğul olanlar Allahın padşahlığına girməyəcəklər. 22  Ruhun bəhrəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, yaxşılıq, xeyirxahlıq, iman, 23  həlimlik, təmkin. Bunlara qarşı qanun yoxdur. 24  Bundan əlavə, Məsih İsaya məxsus olanlar bədəni onun ehtiras və istəkləri ilə birlikdə dirəyə mıxladılar. 25  Əgər biz ruhun rəhbərliyi altında yaşayırıqsa, gəlin ruha müvafiq hərəkət edək. 26  Şöhrətpərəst olmayaq, bir-birimizi rəqabətə təhrik etməyək, bir-birimizin paxıllığını çəkməyək.

Haşiyələr

Yaxud «ölülərin ruhları ilə əlaqə»