Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Qalatiyalılara 2:1—21

2  Bundan on dörd il sonra mən Titusu da özümlə götürüb, Barnaba ilə birlikdə yenidən Yerusəlimə getdim.  Mən vəhy aldığıma görə ora getmişdim. Bütün zəhmətim əbəs olmasın deyə*, digər millətlər arasında təbliğ etdiyim xoş xəbəri təklikdə görkəmli qardaşlara danışdım.  Lakin yanımda olan Titus yunan olsa da, onlar onu sünnət olunmağa məcbur etmədilər.  Bütün bunlar bizi tamamilə köləliyə salmaq üçün xəlvətcə aramıza girmiş, Məsih İsa sayəsində sahib olduğumuz azadlığa xələl yetirmək üçün casus kimi yığıncağa soxulmuş o saxtakar qardaşların ucbatındandır.  Siz xoş xəbərin göstərdiyi həqiqət yolundan ayrılmayasınız deyə, biz onlara təslim olmadıq, bir an belə boyun əymədik.  Görkəmli adam hesab edilənlərə gəldikdə isə (onların keçmişdə necə adam olması məni maraqlandırmır, çünki Allah insanın zahirinə baxmır) onlar mənə təzə bir şey söyləmədilər.  Əksinə, onlar Peterə sünnət edilmişlərə təbliğ etmək işi tapşırıldığı kimi, mənə də sünnət edilməmişlərə xoş xəbəri çatdırmaq işinin həvalə edildiyini görəndə  (axı Peterə sünnət edilmişlərə həvarilik etmək üçün lazımi qüvvəni verən Şəxs, mənə də digər millətlərə həvarilik etmək səlahiyyətini vermişdir),  bəli, yığıncağın sütunları hesab olunan Yaqub, Kifa və Yəhya mənə lütf göstərildiyini biləndə, mənimlə Barnabanın əlini sıxdılar* ki, biz digər millətlərin, onlar isə sünnət edilmişlərin yanına getsinlər. 10  Sadəcə bizə dedilər ki, kasıb qardaşları unutmayaq. Mən bu işi də canla-başla yerinə yetirməyə çalışmışam. 11  Amma Kifa Antakiyaya gələndə mən onun təqsirini üzünə dedim. 12  Çünki Yaqubun göndərdiyi adamlar gəlməzdən əvvəl Kifa qeyri-yəhudilərlə çörək yeyirdi, lakin onlar gələndə o, sünnət tərəfdarlarından qorxaraq qeyri-yəhudilərdən uzaq gəzməyə başladı. 13  O biri yəhudilər də bu cür riyakarlıq etdilər, hətta Barnaba da bu riyakarlığa qoşuldu. 14  Mən onların xoş xəbər həqiqətinə uyğun hərəkət etmədiyini görəndə hamının qarşısında Kifaya dedim: «Necə olur ki, sən yəhudi ola-ola yəhudi kimi yox, başqa millətlər kimi yaşayırsan, digər millətlərin adamlarını isə yəhudi adətləri üzrə yaşamağa vadar edirsən?» 15  Biz anadangəlmə yəhudiyik, qeyri-yəhudilərdən olan günah sahibləri deyilik. 16  Biz bilirik ki, insan Qanunun tələblərini icra etməklə yox, yalnız Məsih İsaya olan inam sayəsində saleh elan edilir. Bu səbəbdən biz Qanunun icrasına görə yox, Məsihə olan imana görə saleh elan olunmaq üçün Məsih İsaya iman etdik. Çünki heç bir insan Qanunun tələblərini icra etməklə saleh elan edilməyəcək. 17  Əgər Məsih vasitəsilə saleh elan edilməyə can atarkən bizim də günahlı olduğumuz aşkar edilirsə, belə çıxır ki, Məsih günahın xidmətçisidir? Əsla! 18  Çünki əgər mən vaxtilə dağıtdığımı yenidən tikirəmsə, belə çıxır ki, mən cinayətkaram. 19  Lakin mən Qanunun vasitəsilə Qanun üçün öldüm ki, Allah üçün yaşaya bilim. 20  Mən Məsihlə bir yerdə dirəyə mıxlanmışam. Artıq yaşayan mən deyiləm, məndə yaşayan Məsihdir. Doğrudan da, indi mən məni sevən və canını uğrumda fəda edən Allahın Oğluna inamla yaşayıram. 21  Mən Allahın lütfünü inkar etmirəm, çünki əgər salehliyə Qanun vasitəsilə yetişmək olursa, deməli, Məsih əbəs yerə ölüb.

Haşiyələr

Yaxud «elə olmasın ki, əbəs yerə qaçmışam»
Yaxud «əməkdaşlıq əlaməti olaraq, sağ əllərini bizə uzatdılar»