Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Qalatiyalılara 1:1—24

1  İnsanlar tərəfindən, yaxud hər hansı bir adam vasitəçiliyi ilə deyil, İsa Məsih və onu diriltmiş Atamız Allah tərəfindən təyin edilmiş mən, həvari Paveldən  və mənimlə olan bütün qardaşlardan Qalatiya yığıncaqlarına məktub.  Qoy Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.  Atamız Allahın iradəsinə görə Məsih özünü günahlarımız uğrunda fəda etdi ki, bizi bu pis dövrdən xilas etsin.  Allahımıza əbədiyyən eşq olsun. Amin.  Doğrusu, sizi Məsihin lütfü ilə çağırmış Allahı belə tezliklə qoyub başqa bir xoş xəbərə dönməyinizə məəttəl qalmışam.  Əslində, o, heç xoş xəbər də deyil. Sadəcə bəzi adamlar sizin üçün çətinlik yaradır və Məsih haqqındakı xoş xəbəri təhrif etmək istəyirlər.  Ancaq əgər kimsə — istər biz, istər göydən bir mələk bizim təbliğ etdiyimizdən fərqlənən bir şeyi sizə xoş xəbər kimi təbliğ edərsə, o kəsə lənət olsun.  Dediyimizi yenidən təkrar edirəm: kimsə qəbul etdiyiniz xoş xəbərdən fərqlənən bir şeyi sizə xoş xəbər kimi təbliğ edirsə, qoy ona lənət olsun. 10  Əslində mən kimi inandırmağa çalışıram: insanları, yoxsa Allahı? Yoxsa insanları razı salmaq istəyirəm? Əgər mən hələ də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım. 11  Qardaşlar, bunu bilin ki, mənim təbliğ etdiyim xoş xəbərin mənbəyi insan deyil. 12  Çünki onu mənə insan verməyib və insan öyrətməyib, mən onu İsa Məsihdən vəhy vasitəsilə almışam. 13  Siz, əlbəttə ki, mənim əvvəllər yəhudi dinində necə hərəkət etdiyimi eşitmisiniz. Mən Allahın yığıncağına olmazın zülm edir, onu viran qoyurdum. 14  Mən öz soydaşlarım arasında əcdadlarımızın adətlərinin qızğın təəssübkeşi olaraq, yəhudilikdə bir çox həmyaşıdımdan xeyli qabağa getmişdim. 15  Ancaq dünyaya gəlməyimə icazə verən və məni Öz lütfü ilə çağıran Allah 16  Oğlu haqqındakı xoş xəbəri millətlərə çatdırmaq üçün onu mənim vasitəmlə tanıtdırmağı münasib biləndə mən nə dərhal gedib insanlarla* məsləhətləşdim, 17  nə də Yerusəlimə, məndən əvvəl həvari olanların yanına getdim. Birbaşa Ərəbistana yollandım və oradan yenə Dəməşqə qayıtdım. 18  Üç ildən sonra Kifanı görmək üçün Yerusəlimə getdim və on beş gün onun yanında qaldım. 19  Amma digər həvariləri görmədim, təkcə Ağamızın qardaşı Yaqubu gördüm. 20  Allah şahiddir ki, yazdığım bu sözlərdə yalan yoxdur. 21  Bundan sonra Suriya və Kilikiya bölgələrinə getdim. 22  Ancaq Məsihlə vəhdətdə olan Yəhudeya yığıncaqlarında heç kəs məni üzdən tanımırdı; 23  onlar yalnız eşitmişdilər ki, vaxtilə onlara zülm edən adam yox etmək istədiyi etiqad haqqında indi xoş xəbəri təbliğ edir. 24  Onlar mənə görə Allahı mədh etməyə başladılar.

Haşiyələr

Hərfən «ət və qanla»