Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 8:1—40

8  Stefanın qətli Şaulun ürəyindən idi. O gün Yerusəlimdə yığıncağa qarşı güclü təqib başlandı. Həvarilərdən başqa şagirdlərin hamısı Yəhudeya və Samariya bölgələrinə dağılışdı.  Amma mömin adamlar Stefanı dəfn etdilər və onun üçün yas tutdular.  Şaul isə yığıncağa zülm edirdi. O, evlərə soxulur, kişiləri və qadınları sürüyüb çıxarır və zindana atırdı.  Dağılışıb səpələnən şagirdlər getdikləri yerlərdə Allahın sözünü, xoş xəbəri bəyan edirdilər.  Misal üçün, Filip Samariya şəhərinə getdi və orada Məsih haqqında təbliğ etməyə başladı.  Camaat Filipin təbliğinə ciddi yanaşır, onu dinləyir və göstərdiyi möcüzələrə diqqətlə baxırdı.  Orada murdar ruhlara tutulmuş çoxlu adam var idi. Bu ruhlar bərkdən qışqırıb adamlardan çıxırdı. Həmçinin bir çox iflic olmuş xəstələr və topallar da sağalırdı.  Bu səbəbdən şəhərdə böyük şadlıq hökm sürürdü.  O şəhərdə Şimon adında bir kişi var idi. O, vaxtilə sehrbazlıqla məşğul olub Samariya əhlini heyrətə gətirirdi və özünün böyük bir adam olduğunu iddia edirdi. 10  Böyükdən kiçiyə kimi hamı ona qulaq asır və deyirdi: «Bu adam böyük qüdrət sahibidir, o, Allahın qüvvəsidir». 11  Şimon sehrbazlığı ilə camaatı heyrətə gətirdiyi üçün onun sözünə qulaq asırdılar. 12  Amma Filip gəlib onlara Allahın padşahlığı və İsa Məsihin adı barəsində xoş xəbəri təbliğ edəndə camaat ona inandı; həm kişilər, həm qadınlar vəftiz olundular. 13  Şimon da inandı və vəftiz olundu. O, Filipin yanından çəkilmirdi, göstərilən əlamətləri və qüdrətli işləri görüb heyrətə gəlirdi. 14  Yerusəlimdəki həvarilər Samariya əhlinin Allahın sözünü qəbul etdiyini eşidəndə Peterlə Yəhyanı ora göndərdilər. 15  Onlar gəldilər və Samariyadakı imanlıların müqəddəs ruh alması üçün dua etdilər, 16  çünki onlara hələ müqəddəs ruh verilməmişdi. Onlar təkcə Ağamız İsanın adı naminə vəftiz edilmişdilər. 17  Həvarilər əllərini onların üzərinə qoydular və onlar müqəddəs ruh aldılar. 18  Şimon gördü ki, həvarilər əllərini kimin üzərinə qoyurlarsa, o adam müqəddəs ruh alır. Onda həvarilərə pul təklif edib 19  dedi: «Mənə də belə qüdrət verin ki, kimin üzərinə əlimi qoysam, o adam müqəddəs ruh alsın». 20  Peter isə ona dedi: «Gümüşün də səninlə bir yerdə batsın, çünki könlünə Allahın ənamını pulla almaq fikri düşdü. 21  Sənin bu işdə zərrə qədər də payın yoxdur, çünki ürəyin Allahın qarşısında təmiz deyil. 22  Buna görə də bəd əməlindən tövbə et və Yehovaya yalvarıb-yaxar, bəlkə, ürəyində tutduğun niyyət bağışlandı. 23  Çünki görürəm, ürəyin zəhər tuluğudur və haqsızlıqla doludur». 24  Onda Şimon dedi: «Nə olar, siz mənim üçün Yehovaya dua edin ki, dediklərinizdən heç biri başıma gəlməsin». 25  Həvarilər Samariyada Yehovanın sözünü bəyan edib ətraflı şəhadət verdikdən sonra oradakı kəndlərdə xoş xəbəri təbliğ edə-edə Yerusəlimə qayıtdılar. 26  Yehovanın mələyi Filipə dedi: «Dur cənuba, Yerusəlimdən Qəzzaya enən yola çıx». (Bu yol çöllükdən keçir.) 27  Filip qalxıb getdi. Həmin yol ilə Həbəşistan hökmdarı kandakinin* saray məmuru və xəzinədarı olan bir həbəşistanlı* gedirdi. O, Yerusəlimə ibadətə gəlmişdi 28  və indi geri qayıdırdı. O, arabasında oturub ucadan Yeşaya peyğəmbərin kitabını oxuyurdu. 29  Ruh Filipə dedi: «Bu arabaya çat və onunla yanaşı get». 30  Filip qaçdı. Arabaya çatanda eşitdi ki, məmur ucadan Yeşaya peyğəmbərin kitabını oxuyur və ondan soruşdu: «Oxuduğunu başa düşürsən?» 31  O cavab verdi: «İzah edən olmasa, necə başa düşə bilərəm?» Sonra Filipdən xahiş etdi ki, arabaya qalxıb yanında otursun. 32  O, Müqəddəs Yazılardan bu yeri oxuyurdu: «O, qoyun kimi, kəsilməyə aparıldı və qoyun qırxanların qarşısında səsi çıxmayan quzu kimi, ağzını açmır. 33  Onu alçaltdılar, ədaləti ona çox gördülər. Mənşəyini kim izah edər? Yer üzündə onun həyatına son qoyulur». 34  Məmur Filipə dedi: «Xahiş edirəm, mənə izah et, peyğəmbərin dediyi bu sözlər kimə aiddir? Özünə, yoxsa başqasına?» 35  Filip Müqəddəs Yazıların bu yerindən başlayaraq, İsa haqqındakı xoş xəbəri ona danışdı. 36  Yollarına davam edərkən onlar bir su hövzəsinə çatdılar. Məmur dedi: «Bu da su! Vəftiz olunmağıma nə mane olur?» 37  * —— 38  O, arabanı saxlatdırdı. Hər ikisi — Filip və məmur suya girdilər və Filip onu vəftiz etdi. 39  Onlar sudan çıxdılar. Yehovanın ruhu Filipi dərhal oradan apardı. Məmur sevinc içində yoluna davam etdi və bir daha Filipi görmədi. 40  Filip isə Aşdoda gəldi və o yerlərdən keçərək ta Qeysəriyyəyə kimi, bütün şəhərlərdə xoş xəbəri təbliğ etdi.

Haşiyələr

Həbəşistanda qadın hökmdarlara verilən titul
Hərfən «həbəşistanlı bir xədim»
Matta 17:21 haşiyəsinə bax