Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 7:1—60

7  Onda baş kahin soruşdu: «Bu sözlər doğrudur?»  Stefan cavab verdi: «Atalar, qardaşlar, mənə bir qulaq asın! Ulu atamız İbrahim hələ Harana köçməmişdən əvvəl Mesopotamiyada yaşayarkən şöhrətli Allah ona görünüb  demişdi: “Doğma torpağından çıx, qohum-əqrəbandan ayrıl və sənə göstərəcəyim torpağa get”.  Onda İbrahim xaldeylilərin torpağından çıxıb Haranda məskunlaşdı. Atası öləndən sonra Allah onu oradan hal-hazırda sizin yaşadığınız bu diyara köçürtdü.  Burada ona heç bir mülk, hətta bir qarış torpaq belə miras vermədi. İbrahimin hələ uşağı yox idi, amma Allah vəd etdi ki, bu torpağı ona və ondan sonra gələcək nəsillərə miras verəcək.  Bundan əlavə, Allah dedi ki, onun övladları qürbətdə qərib olacaq və oranın xalqı onları köləyə çevirib dörd yüz il ərzində onlara zülm edəcək.  Allah belə demişdi: “Mən onları kölə etmiş xalqa qarşı hökm çıxaracağam və sonra onlar o torpaqdan çıxıb burada Mənə ibadət edəcəklər”.  Allah İbrahimlə həmçinin sünnət əhdi bağladı. Bundan sonra onun İshaq adında oğlu oldu və o, səkkizinci gündə uşağı sünnət etdi. İshaqın Yaqub adında oğlu oldu, Yaqubdan da on iki ulu əcdadımız doğuldu.  Ulu əcdadlarımız paxıllıqdan Yusifi Misirə satdılar. Lakin Allah onunla idi və 10  onu düşdüyü bütün bəlalardan xilas etdi, ona hikmət verdi. Yusif Misirin padşahı fironun rəğbətini qazandı və firon Misirin və öz evinin idarəsini ona həvalə etdi. 11  Sonra bütün Misir və Kənan torpağına böyük bir bəla, aclıq üz verdi. Bizim ulu atalarımız yemək tapmırdılar. 12  Bu vaxt Yaqub eşitdi ki, Misirdə ərzaq var və əcdadlarımızı ilk dəfə ora göndərdi. 13  Onlar ikinci dəfə gələndə Yusif özünü qardaşlarına tanıtdı. Onda firon da Yusifin ailəsi haqqında eşitdi. 14  Yusif xəbər göndərib atası Yaqubu və bütün qohum-əqrəbasını Kənandan çağırtdırdı. Onların sayı yetmiş beş nəfər idi. 15  Yaqub Misirə gəldi. O da, əcdadlarımız da orada öldülər. 16  Sonra onların sümüklərini Şexemə aparıb, orada İbrahimin Hamor oğullarından gümüş pulla aldığı sərdabəyə qoydular. 17  Allahın İbrahimə verdiyi vədin yerinə yetməsi vaxtı artıq yaxınlaşırdı. Yaqubun nəsli Misirdə törəyir və sayca çoxalırdı. 18  O zaman Misir taxtına Yusifi tanımayan bir padşah oturdu. 19  O, bizim millətə qarşı hiylə qurdu və atalarımızı məcbur etdi ki, öz körpələrini ataraq ölümə təslim etsinlər. 20  Elə həmin vaxt Musa doğuldu. O, misilsiz dərəcədə* gözəl uşaq idi və üç ay atasının evində bəsləndi. 21  Amma valideynləri uşağı atanda fironun qızı onu götürdü və öz oğlu kimi böyütdü. 22  Beləliklə, Musa misirlilərin bütün hikmətinə yiyələndi. O, sözdə və əməldə güclü adam idi. 23  Musanın qırx yaşı tamam olanda ürəyində qardaşlarının, yəni İsrail oğullarının güzəranını görmək istəyi oyandı. 24  Onların yanına gələndə gördü ki, bir misirli israillini bərk incidir. Musa onu müdafiə etdi, misirlini isə öldürüb qardaşının qisasını aldı. 25  O elə bilirdi ki, qardaşları Allahın onun əli ilə İsrailə xilas verdiyini başa düşəcəklər, amma onlar bunu başa düşmədilər. 26  Ertəsi gün Musa yenə ora gələndə gördü ki, iki israilli dalaşır. Musa: “Axı siz qardaşsınız. Niyə bir-birinizlə yola getmirsiniz?”, — deyərək onları barışdırmağa çalışdı. 27  Ancaq qardaşını incidən israilli Musanı rədd edib dedi: “Səni üzərimizə kim başçı və hakim qoyub? 28  Bəlkə, dünən misirlini öldürdüyün kimi, məni də öldürmək istəyirsən?” 29  Musa bunu eşidəndə baş götürüb oradan qaçdı və qürbət eldə, Midian torpağında yaşamağa başladı. Orada onun iki oğlu doğuldu. 30  Qırx il keçəndən sonra Sina dağının ətəyindəki çöllükdə, yanan göyəm kolunun alovunda ona bir mələk göründü. 31  Musa bunu görəndə mat-məəttəl qaldı. O, yaxşı-yaxşı baxmaq üçün kola yaxınlaşanda Yehovanın səsi gəldi: 32  “Mən sənin ulu atalarının Allahıyam, İbrahimin Allahı, İshaqın və Yaqubun Allahıyam”. Musa tir-tir əsdi və bir daha kola baxmağa cürət etmədi. 33  Yehova ona dedi: “Ayağındakı səndəlləri çıxar, çünki durduğun yer müqəddəsdir. 34  Mən xalqımın Misirdə çəkdiyi əzab-əziyyəti gördüm, ah-naləsini eşitdim və onları xilas etmək üçün buraya endim. Odur ki get, səni Misirə göndərirəm”. 35  “Səni üzərimizə kim başçı və hakim qoyub?”, — sözlərilə rədd etdikləri bu Musanı Allah, göyəm kolunda ona görünən mələyin əli ilə həm başçı, həm də xilaskar kimi Misirə göndərdi. 36  O, möcüzə və əlamətlər göstərib xalqı Misirdən çıxartdı, sonra Qırmızı dənizdə və qırx il səhrada möcüzə və əlamətlər göstərdi. 37  Bu həmin o Musadır ki, İsrail oğullarına: “Allah sizə qardaşlarınız arasından mənim kimi bir peyğəmbər verəcək”, — demişdi. 38  Bu Musa Sina dağında onunla danışmış mələklə və atalarımızla birgə səhrada, yığıncağın arasında olurdu. O, canlı və müqəddəs sözləri qəbul edib sizə verdi. 39  Ulu atalarımız ona qulaq asmadılar, onu rədd etdilər, çünki ürəkləri Misirdə qalmışdı. 40  Onlar Haruna dedilər: “Qabağımızca getmək üçün bizə allahlar düzəlt. Çünki bilmirik bizi Misirdən çıxartmış bu Musa necə oldu”. 41  Beləliklə, o günlərdə bir buzov düzəldib, bu büt qarşısında qurban gətirdilər və əllərinin işindən ötrü sevinib şadlanmağa başladılar. 42  Buna görə də Allah onlardan üz döndərdi və səma cisimlərinə səcdə qılan bu xalqı tərk etdi. Peyğəmbərlərin kitabında da yazılıb: “Ey İsrail evi, məgər səhrada, qırx il ərzində heyvanları kəsib Mənim üçün qurban gətirirdiniz? 43  Siz Moloxun çadırını və Refan allahın ulduzunu, ibadət üçün düzəltdiyiniz bu təsvirləri daşıyırdınız. Buna görə Mən sizi Babildən də o tərəfə sürgün edəcəyəm”. 44  Ulu atalarımızın səhrada şəhadət çadırı vardı. Allah Musa ilə danışarkən əmr etmişdi ki, ona göstərdiyi nümunəyə müvafiq çadır düzəltsin. 45  Musadan sonra bu çadırı miras almış ulu atalarımız Yeşua ilə birlikdə onu digər millətlərin yaşadığı torpağa gətirdilər. Allah bu millətləri onların gözü önündə qovdu. Həmin çadır Davudun günlərinədək burada qaldı. 46  Davud Allahın hüsn-rəğbətini qazandı və Yaqubun Allahı üçün məskən düzəltmək şərəfini ona nəsib etməyi xahiş etdi. 47  Lakin Onun üçün evi Süleyman tikdi. 48  Hərçənd Allah-Taala insan əli ilə tikilmiş evlərdə yaşamır, necə ki, peyğəmbər demişdi: 49  “Yehova belə deyir: «Göylər mənim taxtımdır və yer ayağım altındakı kətildir. Mənim üçün nə cür ev tikəcəksiniz? Yaxud yaşamağım üçün düzəltdiyiniz yer harada olacaq? 50  Məgər hər şeyi Mən Öz əlimlə yaratmamışam?»”. 51  Ey ürəyi və qulaqları sünnət edilməmiş tərs adamlar! Siz də atalarınız kimi, həmişə müqəddəs ruha müqavimət göstərirsiniz. 52  Elə peyğəmbər olmayıb ki, atalarınız ona zülm etməsin. Bəli, onlar Salehin gəlişini qabaqcadan xəbər verənləri öldürdülər, siz də onu ələ verib onun qatili oldunuz. 53  Siz mələklər vasitəsilə verilmiş Qanunu aldınız, amma bu Qanuna riayət etmədiniz». 54  Bu sözlər onları yandırıb-yaxdı və onlar qəzəbdən dişlərini qıcadılar. 55  Müqəddəs ruhla dolmuş Stefan isə göyə baxdı və orada Allahın şan-şöhrətini və Onun sağında duran İsanı görüb 56  dedi: «Budur, mən göyün açıldığını və insan Oğlunun Allahın sağında durduğunu görürəm». 57  Onlar bunu eşidəndə qulaqlarını tıxayıb bağırdılar və onun üstünə cumdular. 58  Sonra onu şəhərdən kənara çıxartdılar və daşlamağa başladılar. Həmin o yalançı şahidlər əbalarını Şaul adlı bir cavanın yanında qoydular. 59  Onlar Stefanı daşlayarkən Stefan: «Ağam İsa, ruhumu qəbul et», — deyə yalvarırdı. 60  Sonra diz üstə çöküb ucadan qışqırdı: «Yehova, bu günaha görə onları məhkum etmə». Stefan bunu deyib ölüm yuxusuna getdi.

Haşiyələr

Yaxud «ilahi gözəlliyə malik idi»