Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 6:1—15

6  Şagirdlərin sayı get-gedə artan günlərdə yunandilli yəhudilər arasında ibranidilli yəhudilərə qarşı güclü narazılıq baş qaldırdı, çünki gündəlik yemək paylananda onların dul qadınlarına etinasız yanaşırdılar.  Onda on iki həvari bütün şagirdləri toplayıb onlara dedilər: «Allahın sözünü öyrətməyi kənara qoyub, süfrələrə yemək paylamaqla məşğul olmaq bizim tərəfimizdən düzgün olmazdı.  Buna görə də qardaşlar, aranızdan yaxşı ad qazanmış, ruh və hikmətlə dolu yeddi kişi seçin ki, onları bu zəruri işə nəzarət etmək üçün təyin edək.  Biz isə özümüzü duaya və Allahın sözünü öyrətmək işinə həsr edək».  Bu təklifi hamı bəyəndi; onlar imanla və müqəddəs ruhla dolu olan Stefanı, Filipi, Proxoru, Nikanoru, Timonu, Parmenası və antakiyalı prozelit Nikolanı seçdilər.  Qardaşlar onları həvarilərin yanına gətirdilər. Həvarilər dua edəndən sonra əllərini onların üzərinə qoydular.  Beləliklə, Allahın sözü vüsət alır, Yerusəlimdəki şagirdlərin sayı get-gedə artırdı. Hətta xeyli kahin də iman yoluna qoşulurdu.  Allahın lütfü və qüdrəti ilə dolan Stefan xalqın arasında möcüzə və əlamətlər göstərirdi.  Lakin «Azadlığa Buraxılmışlar» adı ilə tanınan sinaqoqun bəzi üzvləri, habelə kirenalılardan, iskəndəriyyəlilərdən, kilikiyalılardan və asiyalılardan bəziləri durub Stefanla mübahisə etməyə başladılar. 10  Amma onun sözlərindəki hikmətin və qüvvənin qarşısında dura bilmədilər. 11  Onlar xəlvətcə bir neçə adam tutub onları öyrətdilər ki, belə desinlər: «Biz bu adamın Musaya və Allaha qarşı küfr söylədiyini öz qulağımızla eşitmişik». 12  Onlar xalqı, ağsaqqalları və mirzələri qızışdırdılar, sonra Stefanın üstünə cumdular, onu qamarlayıb Sinedriona gətirdilər. 13  Gətirdikləri yalançı şahidlər belə dedilər: «Bu adam elə hey bu müqəddəs yerin və Qanunun əleyhinə danışır. 14  Misal üçün o deyib ki, guya nazaretli İsa bu müqəddəs yeri dağıdıb Musanın bizə verdiyi adət-ənənələri dəyişəcək. Biz bunları öz qulağımızla eşitmişik». 15  Sinedrionda oturanların hamısı ona baxanda gördülər ki, onun üzü mələk üzünə bənzəyir.

Haşiyələr