Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 4:1—37

4  Onlar ikisi xalqa üz tutub danışarkən böyük kahinlər, məbədin rəisi və sadukeylər gəldilər.  Bu adamlar həvarilərə hirslənmişdilər, çünki həvarilər xalqa Allahın sözünü öyrədir və İsanı nümunə gətirərək ölülərin dirilməsi haqqında açıq-aşkar danışırdılar.  Onlar həvariləri tutdular və artıq axşam olduğu üçün ertəsi günədək həbsdə saxladılar.  Ancaq həvariləri dinləyənlərdən çoxu iman gətirdi. Bu adamların sayı təxminən beş min nəfərə çatdı.  Ertəsi gün yəhudilərin rəhbərləri, ağsaqqalları və mirzələri Yerusəlimdə yığışdı.  Böyük kahin Hanna, həmçinin Kayafa, Yohanna, Aleksandr və böyük kahinin bütün qohum-əqrəbası orada idi.  Onlar həvariləri ortaya gətirib sorğu-suala başladılar: «Bu işi hansı qüvvə ilə və kimin adı ilə etdiniz?»  Bu zaman Peter müqəddəs ruhla dolub onlara dedi: «Ey xalqın rəhbərləri və ağsaqqallar!  Əgər bu gün bizi bir xəstə adama etdiyimiz yaxşılığa və onun kimin adı ilə sağaldığına görə sorğu-suala tuturlarsa, 10  onda qoy hamıya, bütün İsrail xalqına məlum olsun ki, bu adam dirəkdə öldürdüyünüz, lakin Allahın diriltdiyi nazaretli İsa Məsihin adı sayəsində qarşınızda sapsağlam dayanıb. 11  İsa “siz bənnaların işə yaramayan hesab etdiyi daşdır. Ancaq bu daş küncün əsas daşı oldu”. 12  Bunu da bilin ki, ondan başqa xilaskar yoxdur, çünki göy altında, Allahın insanlara verdiyi başqa bir ad yoxdur ki, onun sayəsində xilas ola bilək». 13  Onlar Peter və Yəhyanın cəsarətlə danışdığını, lakin savadsız, sadə adam olduqlarını görəndə əvvəl çaşıb qaldılar, amma sonradan başa düşdülər ki, onlar İsa ilə bir yerdə olan adamlardandırlar. 14  Üstəlik, onların yanında duran sağalmış adama baxanda deməyə bir söz tapmadılar. 15  Onda həvarilərə Sinedrion zalından çıxmağı əmr edib öz aralarında məşvərətə başladılar: 16  «Bunlarla nə edək? Axı onlar, doğrudan da, qeyri-adi bir iş görüblər, bütün Yerusəlim camaatı da bunu bilir. Biz bunu inkar edə bilmərik. 17  Amma bu əhvalat camaat arasında daha çox yayılmasın deyə, gəlin onlara hədə-qorxu gələk və tapşıraq ki, məbada bu adla kiməsə nə isə danışsınlar». 18  Həvariləri çağırıb onlara əmr etdilər ki, bir də İsanın adı ilə heç yerdə danışmasınlar və heç nə öyrətməsinlər. 19  Amma Peter və Yəhya onlara dedilər: «Özünüz fikirləşin: Allahın qarşısında Allahı qoyub sizə qulaq asmaq nə dərəcədə düzgündür? 20  Biz isə gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik». 21  Onlar həvarilərə yenidən hədə-qorxu gəlib buraxdılar, çünki onları cəzalandırmağa bir bəhanə tapmadılar. Bir yandan da bütün xalq bu hadisəyə görə Allaha həmd edirdi, 22  çünki möcüzəvi surətdə sağalmış o adamın yaşı qırxı ötmüşdü. 23  Həvarilər azadlığa buraxılandan sonra qardaşların yanına gedib böyük kahinlərin və ağsaqqalların sözlərini onlara danışdılar. 24  Bu sözləri eşidəndə hamısı birlikdə ucadan Allaha dua etdilər: «Pərvərdigara!* Göyü, yeri, dənizi və onların içindəki hər şeyi Sən yaratmısan. 25  Sən müqəddəs ruh vasitəsilə, ulu atamız olan qulun Davudun dili ilə belə demisən: “Nə üçün millətlər vurnuxdu, xalqlar boş şeylər düşündü? 26  Yer üzünün padşahları qalxdı, hökmdarlar bir nəfər kimi Yehovaya və Onun Məsihinə qarşı birləşdi”. 27  Bəli, Hirod və Ponti Pilat bu şəhərdə başqa xalqlardan olan adamlarla və İsrail xalqı ilə birləşib məsh etdiyin müqəddəs qulun İsaya qarşı çıxdılar ki, 28  Sən Öz gücün və niyyətinə əsasən qabaqcadan müəyyən etdiyin şeyləri icra etsinlər. 29  Ona görə də indi Yehova, onların hədə-qorxularını eşit və bizə, Öz qullarına qüvvət ver ki, Sən şəfa vermək üçün əlini uzadarkən, 30  müqəddəs qulun İsanın adı ilə əlamətlər göstərilərkən və qüdrətli işlər görülərkən Sənin sözünü bundan sonra da cəsarətlə danışaq». 31  Onların hərarətli duasından sonra yığışdıqları yer silkələndi və hər biri müqəddəs ruhla doldu. Onlar Allahın sözünü cəsarətlə danışmağa başladılar. 32  İmana qoşulan camaat canbir qəlbdə yaşayırdı, hər şeyləri ümumi olduğundan heç kəs: «Bu mənimkidir», — demirdi. 33  Həvarilər Ağamız İsanın dirilməsi haqqında qüdrətlə şəhadət verirdilər, Allah da Öz lütfünü onların üzərinə bol-bol tökürdü. 34  Aralarında heç kim korluq çəkmirdi, çünki kimin tarlası və yaxud evi vardısa, onu satır, pulunu isə 35  gətirib həvarilərin qabağına qoyurdu və bu pul hər kəsə ehtiyacına görə paylanırdı. 36  Misal üçün, əslən kiprli və Levi nəslindən olan Yusif də (həvarilər onu Barnaba adlandırmışdılar, mənası «təsəlli oğlu» deməkdir) 37  şəxsi torpaq sahəsini satdı və pulunu gətirib həvarilərin qabağına qoydu.

Haşiyələr

Yaxud «Hökmdar Rəbb»