Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 3:1—26

3  Peter və Yəhya günorta saat üç* üçün, dua vaxtı yaxınlaşanda məbədə qalxırdılar.  Həmin vaxt anadangəlmə axsaq bir adamı da ora gətirirdilər. Onu hər gün gətirib məbədə girənlərdən sədəqə diləmək üçün məbədin Gözəl Qapı adlanan darvazasının yanında qoyurdular.  O, Peterlə Yəhyanın məbədə girmək istədiyini görəndə dilənməyə başladı.  Peter və Yəhya diqqətlə ona baxıb dedilər: «Bir bizə bax».  Xəstə bir şey almaq ümidilə gözlərini onlara dikdi.  Peter ona dedi: «Məndə nə gümüş var, nə də qızıl, amma nəyim varsa, onu sənə verirəm: nazaretli İsa Məsihin adı naminə yeri!»  Sonra xəstənin sağ əlindən tutub ayağa qaldırdı. Elə həmin andaca o adamın ayaqlarının altı və topuqları bərkidi.  O sıçrayıb ayağa qalxdı və yeriməyə başladı. O adam atılıb düşə-düşə və Allaha şükür edərək onlarla birlikdə məbədə girdi.  Oradakı camaat onun yeridiyini və Allaha şükür etdiyini görəndə 10  məbədin Gözəl Qapısının yanında oturub sədəqə diləyən bu adamı tanıdı. Onunla baş verənlərə görə heyrətdən hamının ağzı açıla qaldı. 11  O adam Peterlə Yəhyadan ayrılmırdı. Buna görə də bütün camaat heyrət içində onların başına, Süleyman eyvanı adlanan yerə toplaşdı. 12  Bunu görən Peter onlara dedi: «Ey İsrail oğulları! Bu işə niyə təəccüb edirsiniz? Yoxsa biz öz qüvvəmiz ya da möminliyimiz* sayəsində onun ayaqlarını sağaltmışıq ki, bizə belə baxırsınız? 13  Atalarımızın Allahı, İbrahimin, İshaqın və Yaqubun Allahı, Qulu İsanı ucaltdı. Siz isə onu ələ verdiniz və onu azad etmək istəyən Pilatın qarşısında onu rədd etdiniz. 14  Bəli, siz o müqəddəs və saleh adamı rədd etdiniz. Əvəzində bir qatili azad etdirdiniz, 15  həyatın Öndərini isə öldürdünüz. Lakin Allah onu diriltdi, biz də bunun şahidiyik. 16  Buna görə də gördüyünüz və tanıdığınız bu adam İsanın adı və onun adına göstərdiyimiz iman sayəsində qüvvətləndi. Onun sayəsində bizdə olan iman hamınızın gözü qabağında bu adamı tamamilə sağaltdı. 17  Qardaşlar, bilirəm ki, siz də, rəhbərləriniz də, nadanlıqdan belə etdiniz. 18  Lakin Allah bütün peyğəmbərləri vasitəsilə qabaqcadan söylədiklərini, yəni Məsihinin əzab çəkəcəyi haqqında dediklərini bu yolla yerinə yetirdi. 19  Buna görə də günahlarınızın yuyulması üçün tövbə edin və pis yolunuzdan dönün ki, Yehovadan təravət mövsümü gəlsin 20  və O, sizin üçün təyin edilmiş Məsihi, yəni İsanı göndərsin. 21  O, hər şeyin bərpa ediləcəyi vaxta qədər göydə gözləməlidir. Həmin vaxt haqqında Allah qədimdə yaşamış müqəddəs peyğəmbərləri vasitəsilə söyləmişdir. 22  Musa demişdir: “Yehova Allah qardaşlarınız arasından sizə mənim kimi bir peyğəmbər verəcək. Siz onun bütün dediklərinə qulaq asmalısınız. 23  Bəli, o Peyğəmbərə qulaq asmayan adam xalqın arasından məhv ediləcək”. 24  Şamuel və ondan sonrakı peyğəmbərlər də daxil olmaqla bütün peyğəmbərlər bu günlər haqqında açıqca xəbər vermişdilər. 25  Siz peyğəmbərlərin oğullarısınız, Allahın atalarınızla bağladığı əhdin övladlarısınız. Allah İbrahimə demişdi: “Yer üzünün bütün ailələri sənin övladın* vasitəsilə xeyir-dua alacaq”. 26  Allah hər birinizi pis əməllərindən döndərib sizə xeyir-dua vermək üçün Öz Qulunu təyin etdi və ilk növbədə məhz sizin yanınıza göndərdi».

Haşiyələr

Hərfən «doqquzuncu saatda»
Yaxud «Allaha sədaqət»
Yunan sözü cəm halda, yəni nəsil, kök mənasında da işlənə bilər