Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 28:1—31

28  Biz sağ-salamat sahilə çıxanda bu adanın Malta adlandığını öyrəndik.  Əcnəbi dildə danışan ada sakinləri bizə misilsiz insanpərvərlik göstərdilər. Hava çox soyuq idi, yağış yağırdı. Onlar tonqal qalayıb mehribanlıqla bizi isinməyə dəvət etdilər.  Pavel bir dəstə çırpı yığıb tonqala atdı. Bu vaxt istidən qaçan bir gürzə Pavelin əlindən yapışdı.  Adanın sakinləri onun əlindən sallanmış zəhərli ilanı görəndə bir-birinə dedilər: «Şübhəsiz, bu adam qatildir. Dənizdən sağ-salamat çıxsa da, ədalətdən qaça bilmədi».  Lakin Pavel əlini çırpıb ilanı oda atdı, onun özünə isə zərər dəymədi.  Ada sakinləri elə düşünürdülər ki, Pavel iltihabdan şişəcək və ya qəflətən yıxılıb öləcək. Onlar xeyli gözlədilər. Görəndə ki, ona heç nə olmur, fikirlərini dəyişib onun hansısa bir allah olduğunu deməyə başladılar.  Yaxınlıqda Publi adında bir kişinin torpaqları var idi. O, adanın rəisi idi. Publi bizə qonaqpərvərlik göstərdi və üç gün ərzində səxavətlə qeydimizə qaldı.  Bir gün Publinin atası xəstələndi. O, qanlı ishal xəstəliyinə tutulmuşdu və bərk qızdırması vardı. Pavel onun yanına gəldi, dua edib əllərini üzərinə qoydu. Kişi sağaldı.  Bu hadisədən sonra adada olan başqa xəstələr də Pavelin yanına gəlir və şəfa tapırdılar. 10  Onlar bizə ehtiramlarını nümayiş etdirmək üçün çoxlu hədiyyələr gətirirdilər. Biz adadan gedəndə onlar hətta yolumuza tədarük də görmüşdülər. 11  Orada üç ay qaldıqdan sonra biz İskəndəriyyədən gəlmiş və bütün qışı adada durmuş gəmiyə minib yola düşdük. Gəminin burnunda «Zevsin oğulları» bəzəyi vardı. 12  Sirakuz limanına girib üç gün orada qaldıq. 13  Sonra oradan yola çıxdıq, istiqaməti dəyişib Regiuma gəldik. Ertəsi gün cənub küləyi əsdi və biz növbəti gün Puteoliyə çatdıq. 14  Orada qardaşları tapdıq. Onlar xahiş etdilər ki, bir həftə yanlarında qalaq. Beləcə Romaya yaxınlaşdıq. 15  Oradakı qardaşlar bizim gəlişimizdən xəbər tutanda bizi qarşılamaq üçün Appi bazarına və Üç Mehmanxanaya qədər gəldilər. Pavel onları görəndə Allaha şükür etdi və ürəkləndi. 16  Nəhayət ki, Romaya gəldik. Pavelə ayrı yaşamağa icazə verdilər. Bir əsgər onun keşiyini çəkirdi. 17  Üç gündən sonra o, nüfuzlu yəhudiləri yanına dəvət etdi. Onlar yığışanda Pavel sözə başladı: «Qardaşlar, hərçənd mən nə xalqımıza, nə də əcdadlarımızın adətlərinə qarşı pis bir iş görməmişəm, məni Yerusəlimdə dustaq edib, romalıların əlinə verdilər. 18  Amma romalılar məni istintaq etdikdən sonra, ölüm cəzasına layiq bir iş tutmadığımı görüb azad etmək istədilər. 19  Yəhudilər bunun əleyhinə çıxdılar və mən məcbur olub sezarın məhkəməsini tələb etdim. Məni düz başa düşün, mən xalqımı ittiham etmək fikrində deyiləm. 20  Məhz elə buna görə mən sizdən xahiş etdim ki, görüşüb söhbət edək. Gördüyünüz bu qandallar İsrailin ümidinə görədir». 21  Yəhudilər ona dedilər: «Biz Yəhudeyadan səninlə bağlı məktub almamışıq və oradan gələn qardaşlarımız da bizə sənin haqqında nə bir xəbər gətirib, nə də bir kəlmə pis söz deyib. 22  Yaxşı olardı ki, sənin baxışların barədə elə özündən soruşaq, çünki bildiyimizə görə hər yerdə bu təriqətin əleyhinə danışırlar». 23  Beləcə onlar bir gün təyin etdilər. Həmin gün gəlib çatanda onlar əvvəlkindən daha çox sayda Pavelin qaldığı evə gəldilər. Pavel Allahın padşahlığı haqqında ətraflı şəhadət verdi, həm Musanın qanunundan, həm Peyğəmbərlərin kitablarından İsa haqqında danılmaz sübutlar gətirib səhərdən axşamadək hər şeyi onlara izah etdi. 24  Onlardan bəziləri deyilənlərə inandı, bəziləri isə inanmadı. 25  Aralarında mübahisə qalxdı və onlar dağılışmağa başladılar. Onda Pavel dedi: «Müqəddəs ruh Yeşaya peyğəmbər vasitəsilə atalarınıza yaxşı demişdir: 26  “Get, bu xalqa belə de: «Eşitməyinə eşidəcəksiniz, amma bir şey başa düşməyəcəksiniz. Baxmağına baxacaqsınız, amma bir şey görməyəcəksiniz. 27  Çünki bu xalqın ürəyi daşlaşıb, qulaqları eşidir, amma hay vermirlər; gözlərini yumublar ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə dərk etməsinlər və geri dönməsinlər ki, Mən onları sağaldım»”. 28  Bilin və agah olun! Allah xilas yolu haqqındakı xəbərini digər millətlərə də göndərib və onlar mütləq qulaq asacaqlar». 29  * —— 30  Beləliklə, Pavel kirayə tutduğu evdə düz iki il qaldı. O, yanına gələnləri səmimi qəlbdən qəbul edir, 31  onlara Allahın padşahlığı haqqında danışır, Ağamız İsa Məsih haqqında böyük cəsarətlə, maneəsiz təlim verirdi.

Haşiyələr

Matta 17:21-in haşiyəsinə bax