Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 23:1—35

23  Pavel Sinedrion üzvlərinə diqqətlə baxıb dedi: «Qardaşlar, mən bütün ömrüm boyu Allahın qarşısında tərtəmiz vicdanla yaşamışam».  Onda baş kahin Hananya Pavelin yanında duranlara əmr etdi ki, onun ağzından vursunlar.  Pavel ona dedi: «Ey ikiüzlü,* Allah da səni vuracaq. Necə olur ki, sən oturub Qanunun əsasında məni mühakimə edirsən, eyni zamanda da Qanunu pozub məni vurmağı əmr edirsən?»  Pavelin yanında duranlar dedilər: «Sən Allahın baş kahinini təhqir edirsən?»  Onda Pavel dedi: «Qardaşlar, mən onun baş kahin olduğunu bilmirdim. Axı Müqəddəs Yazılarda yazılıb: “Xalqının başçısı haqqında pis danışma”».  Pavel Sinedrionun bir hissəsinin sadukeylərdən, o biri hissəsinin fəriseylərdən ibarət olduğunu başa düşəndə ucadan dedi: «Qardaşlar, mən fəriseyəm və fərisey oğluyam! Məni ölülərin dirilməsinə inandığım üçün mühakimə edirlər».  Pavel bunu deyəndə fəriseylərlə sadukeylər arasında qızğın mübahisə başlandı və məclis iki yerə bölündü.  Sadukeylər deyirlər ki, dirilmə və mələklər* yoxdur. Fəriseylər isə əksinə, bütün bunlara inanırlar.  Orada hay-küy qalxdı. Fəriseylərin sırasından olan mirzələrdən bəziləri qalxdılar və höcətlə dedilər: «Bizim fikrimizcə, bu adam günahsızdır, yox əgər onunla mələk danışıbsa...» 10  Çəkişmə lap güclənəndə sərkərdə onların Paveli parçalayacaqlarından qorxub əsgərlərə əmr etdi ki, aşağı düşsünlər və Paveli yəhudilərin əlindən alıb kazarmaya gətirsinlər. 11  Gecə Ağamız Pavelin yanında durub dedi: «Cəsarətli ol! Necə ki, mənim haqqımda Yerusəlimdə ətraflı şəhadət verirsən, Romada da eləcə şəhadət verməlisən». 12  Səhər açılanda yəhudilər sui-qəsd hazırladılar və and içdilər ki, Paveli öldürməyincə nə su içəcək, nə də çörək yeyəcəklər. 13  And içib sui-qəsd hazırlayanların sayı qırxdan artıq idi. 14  Onlar böyük kahinlərin və ağsaqqalların yanına gedib dedilər: «Biz and içmişik ki, Paveli öldürməyincə dilimizə bir tikə çörək vurmayacağıq. 15  Ona görə də siz Sinedrion üzvləri ilə bir yerdə sərkərdəyə deyin ki, Paveli yanınıza gətirsin, guya onun işini diqqətlə araşdırmaq istəyirsiniz. Pavel yanınıza çatmamış biz onu öldürəcəyik». 16  Pavelin bacısı oğlu onların sui-qəsd hazırladıqlarını eşidib kazarmaya gəldi və məsələni Pavelə danışdı. 17  Onda Pavel yüzbaşılardan birini çağırıb dedi: «Bu cavan oğlanı sərkərdənin yanına apar, ona sözü var». 18  Yüzbaşı gənci götürüb sərkərdənin yanına apardı və dedi: «Məhbus Pavel məni çağırıb xahiş etdi ki, bu oğlanı yanına gətirim. Onun sənə sözü var». 19  Sərkərdə gəncin əlindən tutub onu kənara çəkdi və soruşdu: «Mənə nə sözün var?» 20  Oğlan cavab verdi: «Yəhudilər sözləşiblər ki, səndən Paveli sabah Sinedriona gətirməyi xahiş etsinlər, guya onun işi haqqında nəyisə dəqiqləşdirmək istəyirlər. 21  Amma sən onlara qulaq asma, çünki onların qırxdan çox adamı Pavelə sui-qəsd hazırlayıb. Onlar and içiblər ki, onu öldürməyincə ağızlarına nə çörək, nə də su alacaqlar. Onlar indi hazırdırlar, bircə sənin icazəni gözləyirlər». 22  Sərkərdə gəncə dedi: «Bunları mənə danışdığını dilindən qaçırtma ha». Sonra oğlanı buraxdı. 23  Sərkərdə iki yüzbaşını yanına çağırıb dedi: «İki yüz əsgər, yetmiş atlı və iki yüz nizəli əsgər hazırlayın. Onlar axşam saat doqquzda* Qeysəriyyəyə yollanmalıdırlar. 24  Paveli aparmaq üçün atları hazırlayın və onu vali Feliksin yanına sağ-salamat çatdırın». 25  Sonra o, belə bir məktub yazdı: 26  «Zati-aliləri vali Feliksə Klavdi Lisidən salam! 27  Yəhudilər bu adamı tutub öldürmək istəyirdilər. Bu zaman mən əsgərlərimlə gəldim və bu adamın Roma vətəndaşı olduğunu biləndə onu xilas etdim. 28  Təqsirini öyrənmək üçün onu yəhudilərin Sinedrionuna apardım. 29  Öyrəndim ki, onu öz Qanunları ilə bağlı məsələlərə görə ittiham edirlər, hərçənd o, qandala və ya ölümə layiq bir iş tutmayıb. 30  Mənə xəbər çatıb ki, bu adamı öldürmək üçün sui-qəsd hazırlayırlar. Buna görə də onu sənin yanına göndərirəm və onun şikayətçilərinə əmr edirəm ki, ittihamlarını sənin hüzurunda söyləsinlər». 31  Əsgərlər əmr olunduğu kimi, Paveli götürüb gecə ikən Antipatridaya gətirdilər. 32  Ertəsi gün onu atlılara təhvil verib kazarmaya qayıtdılar. 33  Atlılar Qeysəriyyəyə gəldilər, məktubu valiyə verib Paveli ona təqdim etdilər. 34  Vali məktubu oxudu və Pavelin hansı əyalətdən olduğunu soruşdu. Onun Kilikiyadan olduğunu biləndə belə dedi: 35  «Qoy şikayətçilərin gəlsin, onda işinə baxaram». Vali əmr etdi ki, Paveli Hirodun sarayına aparıb mühafizə altında saxlasınlar.

Haşiyələr

Hərfən «ağardılmış divar»
Hərfən «mələk və ruh (ruhani varlıq mənasında)»
Hərfən «gecənin üçüncü saatında»