Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 15:1—41

15  Yəhudeyadan bəzi adamlar gəlib qardaşları: «Əgər Musanın qoyduğu adət üzrə sünnət edilməsəniz, xilas olmayacaqsınız», — deyə öyrətməyə başladılar.  Lakin bu adamlarla Pavel və Barnaba arasında ciddi fikir ayrılığı yarandı və onlar mübahisəyə başladılar. Buna görə də belə qərara alındı ki, Pavel, Barnaba və bir neçə nəfər başqa qardaş bu məsələ ilə əlaqədar Yerusəlimə, həvarilərin və ağsaqqalların yanına getsinlər.  Yığıncaq onları bir qədər ötürdü. Sonra onlar Finikiya və Samariyadan keçərkən digər millətlərdən olan adamların imana necə gəldiklərini təfərrüatı ilə danışır və bütün qardaşların ürəyini şad edirdilər.  Onlar Yerusəlimə çatanda yığıncaq, həvarilər və ağsaqqallar tərəfindən mehribanlıqla qarşılandılar və Allahın onların vasitəsilə gördüyü çoxsaylı işlərindən danışdılar.  Lakin fərisey təriqətindən iman gətirmiş bəziləri ayağa qalxıb dedilər: «Onlar sünnət edilməlidirlər. Onlardan tələb olunmalıdır ki, Musanın qanununa riayət etsinlər».  Onda həvarilər və ağsaqqallar bu işə baxmaq üçün toplaşdılar.  Uzun mübahisələrdən sonra Peter ayağa qalxıb sözə başladı: «Qardaşlar, sizə yaxşı məlumdur ki, Allah digər millətlərdən olan adamların xoş xəbəri eşidib iman gətirmələri üçün ilk günlərdən sizin aranızdan məni seçib.  Ürəkləri bilən Allah, bizə verdiyi kimi, bu adamlara da müqəddəs ruhundan verməklə onları qəbul etdiyini göstərdi.  O, bizimlə onların arasında heç bir fərq qoymadı və iman vasitəsilə onların ürəyini təmizlədi. 10  Belə isə nəyə görə nə əcdadlarımızın, nə də bizim daşıya bilmədiyimiz boyunduruğu şagirdlərin boynuna qoyub Allahı sınayırsınız? 11  Axı biz özümüz də o insanlar kimi, Ağamız İsanın lütfü sayəsində xilas olacağımıza inanırıq». 12  O zaman bütün toplaşanlar susub Barnaba ilə Paveli dinləməyə başladılar. Bu iki qardaş Allahın digər millətlər arasında onların əli ilə göstərdiyi çoxlu möcüzə və əlamətlərdən danışdılar. 13  Onlar danışıb qurtaranda Yaqub söz alıb dedi: «Qardaşlar, məni dinləyin. 14  Allahın digər millətlərdən Öz adına bir xalq təşkil etmək üçün onlara ilk dəfə necə nəzər saldığını Simeon* ətraflı nəql etdi. 15  Peyğəmbərlərin kitabında yazılanlar da bununla üst-üstə düşür: 16  “Bundan sonra qayıdıb Davudun yıxılmış çardağını yenidən quracağam, xarabalıqlarını bərpa edib, onu təzədən quracağam ki, 17  bu xalqdan qalmış adamlar, digər millətlərdən olub Mənim adımla adlanan insanlarla birgə Yehovanı ürəkdən axtarsınlar. 18  Ta qədimdən bəlli olan bu şeyləri edən Yehova belə deyir”. 19  Buna görə də belə hesab edirəm ki, digər millətlərdən Allaha tərəf dönən insanlar üçün çətinlik yaratmamalıyıq. 20  Gəlin onlara yazaq ki, bütpərəstliklə murdarlanmış şeylərdən, cinsi əxlaqsızlıqdan, boğulmuş heyvan ətindən və qandan çəkinsinlər. 21  Çünki ta qədimdən hər şəhərdə Musanın yazdıqlarını izah edən adamlar var. Onlar hər şənbə günü onun kitablarını sinaqoqlarda ucadan oxuyurlar». 22  Bundan sonra həvarilər, ağsaqqallar və bütün yığıncaq öz aralarından Barsaba adlanan Yəhudanı və Silanı seçib Pavel və Barnaba ilə Antakiyaya göndərmək qərarına gəldilər. Seçilənlər yığıncaqda məsul qardaşlar idilər. 23  Onlarla bu məktubu göndərdilər: «Qardaşlarınız həvarilər və ağsaqqallardan Antakiya, Suriya və Kilikiyadakı digər millətlərdən olan qardaşlara salam! 24  Aramızdan bəzilərinin öz sözləri ilə sizi təlaşa saldığını, imanınızı sarsıtmağa çalışdığını eşitmişik, halbuki biz onlara heç bir göstəriş verməmişik. 25  Biz yekdilliklə qərara aldıq ki, seçdiyimiz qardaşları, 26  Ağamız İsa Məsihin adı uğrunda canlarını təhlükəyə atmış əzizlərimiz Barnaba və Pavellə yanınıza göndərək. 27  Beləliklə, Yəhuda və Silanı yanınıza göndəririk, onlar bu məktubda yazdıqlarımızı sizə şifahi çatdıracaqlar. 28  Biz müqəddəs ruhun köməyi ilə qərara gəldik ki, üzərinizə bu zəruri şeylərdən əlavə yük qoymayaq: 29  bütlərə qurban gətirilmiş şeylərdən, qandan, boğulmuş heyvan ətindən və cinsi əxlaqsızlıqdan çəkinin. Əgər bunlardan qətiyyətlə çəkinsəniz, hər işdə uğurlu olacaqsınız. Sağlıqla qalın!» 30  Sonra qardaşları yola saldılar. Bu qardaşlar Antakiyaya gəlib şagirdləri topladılar və məktubu onlara verdilər. 31  Onlar məktubu oxuyub bu ruhlandırıcı sözlərə sevindilər. 32  Yəhuda və Sila, həm də peyğəmbər olduqlarından, qardaşları bir çox sözlərlə dönə-dönə ruhlandırıb möhkəmləndirdilər. 33  Bir müddət orada qalandan sonra qardaşlar onları geriyə, onları göndərmiş qardaşların yanına sağ-salamat yola saldılar. 34  * —— 35  Amma Pavellə Barnaba Antakiyada qalıb bir çox şagirdlə bərabər Yehovanın sözü haqqındakı xoş xəbəri təbliğ edir və öyrədirdilər. 36  Bir neçə gündən sonra Pavel Barnabaya dedi: «Gəl, Yehovanın sözünü təbliğ etdiyimiz bütün şəhərlərə qayıdaq və oradakı qardaşlara baş çəkək, görək necədirlər». 37  Barnaba Mark ləqəbli Yəhyanı da götürmək istədi. 38  Amma Pavel onu bu səyahətə götürməyi münasib bilmədi, çünki o, Pamfiliyada həvarilərdən ayrılmış və onlarla bu işi davam etdirməmişdi. 39  Bu məsələ onların arasında qızğın çəkişməyə səbəb oldu və onlar bir-birindən ayrıldılar. Barnaba Markı özü ilə götürüb Kiprə yollandı. 40  Pavel isə Silanı seçdi. Qardaşlar Paveli Yehovanın lütfünə əmanət etdikdən sonra o, yola çıxdı. 41  O, Suriya və Kilikiyadan keçərək yığıncaqları möhkəmləndirirdi.

Haşiyələr

Şimon (Peter) adının digər forması
Matta 17:21-in haşiyəsinə bax