Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 12:1—25

12  Təxminən həmin vaxt padşah Hirod* yığıncaqdakılardan bəzilərinə zülm etməyə başladı.  O, Yəhyanın qardaşı Yaqubu qılıncla öldürdü.  Görəndə ki, bu iş yəhudilərin ürəyincədir, Peteri də tutdurdu. (Bu hadisə Mayasız Çörək bayramı günlərində baş vermişdi.)  Peteri tutub zindana saldı və onun keşiyini çəkmək üçün hər biri dörd əsgərdən ibarət dörd qarovul dəstəsi təyin etdi. Hirod onu Pasxadan sonra xalqın qabağına çıxartmaq niyyətində idi.  Beləliklə, Peter zindanda idi, yığıncaq isə onun üçün gecə-gündüz dua edirdi.  Hirod Peteri xalqın önünə çıxartmaq istədiyi günün gecəsi Peter iki əsgərin arasında yatmışdı. O, iki zəncirlə qandallanmışdı, gözətçilər isə qapının ağzında durub həbsxananın keşiyini çəkirdilər.  Birdən Yehovanın mələyi peyda oldu və zindan işıqlandı. Mələk Peterin böyrünə toxunub onu oyatdı və dedi: «Tez ol, dur!» Peterin əllərindəki zəncirlər açılıb yerə düşdü.  Mələk dedi: «Qurşağını bağla və səndəllərini gey». Peter onun dediyini etdi. Sonra mələk dedi: «Əbanı geyin və dalımca gəl».  Peter bayıra çıxıb mələyin dalınca getdi. O, bütün bunların gerçək olduğunu bilmirdi. Ona elə gəlirdi ki, gördükləri bir xəyaldır. 10  Onlar birinci və ikinci qarovul dəstəsinin yanından keçəndən sonra şəhərə açılan dəmir darvazanın qabağına gəldilər. Darvaza öz-özünə açıldı. Onlar çıxıb bir küçə ilə getdilər, qəflətən mələk Peterdən ayrıldı. 11  Peter özünə gəlib dedi: «İndi başa düşürəm ki, Yehova Öz mələyini göndərib məni Hirodun əlindən qurtardı və yəhudi xalqının ümidlərini boşa çıxartdı». 12  Peter bu hadisənin üzərində düşündükdən sonra Mark ləqəbli Yəhyanın anası Məryəmin evinə getdi. Orada çoxlu şagird yığışıb dua edirdi. 13  Peter qapını döydü, Roda adlı qulluqçu qız qapıya çıxdı. 14  O, Peterin səsini tanıyanda sevincindən qapını açmayıb içəri qaçdı və Peterin qapının ağzında durduğunu oradakılara xəbər verdi. 15  Onlar qıza dedilər: «Başına hava gəlib?» Lakin qız Peterin gəldiyini israr edirdi. Onda şagirdlər dedilər: «Bu, onun mələyidir». 16  Peter isə qapını döyürdü. Qapını açanda Peteri görüb təəccübləndilər. 17  O, əli ilə işarə edib onları sakitləşdirdi. Sonra Yehovanın onu zindandan necə çıxartdığını ətraflı nəql edib tapşırdı: «Bunları Yaquba və digər qardaşlara çatdırın». Bunu deyib evdən çıxdı və başqa yerə getdi. 18  Səhər açılanda əsgərlərin arasına çaxnaşma düşdü, çünki heç kim Peterin hara yoxa çıxdığını bilmirdi. 19  Hirod hər yeri ələk-vələk elədi, onu tapmayanda gözətçiləri sorğu-suala çəkdi, sonra əmr edib onları cəzalandırdı. Hirod Yəhudeyadan Qeysəriyyəyə getdi və bir müddət orada qaldı. 20  O, Sur və Sidon əhalisinə qarşı bərk qəzəblənmişdi. Onlar birləşib Hirodun yanına gəldilər və padşah evinə nəzarət edən Blastı öz tərəflərinə çəkib onun vasitəsilə padşahla barışıq dilədilər, çünki onların ölkəsi padşahın vilayətindən ərzaq alırdı. 21  Bir gün Hirod şahlıq libasını geyib hakim kürsüsünə oturdu və xalqa xitab etdi. 22  Ora toplaşmış camaat isə: «Bu, insan səsi deyil, bu, allah səsidir!», — deyərək qışqırmağa başladı. 23  Yehovanın mələyi həmin andaca Hirodu vurdu, çünki o, Allahı şərəfləndirmədi. Hirod xəstələndi, qurdlar onu yedi və o öldü. 24  Yehovanın sözü isə vüsət alır və aləmə yayılırdı. 25  Barnaba ilə Şaul Yerusəlimdə yardımla bağlı işlərini başa çatdırdılar və Mark ləqəbli Yəhyanı da özləri ilə götürüb geri qayıtdılar.

Haşiyələr

I Hirod Aqrippa