Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Filipililərə 4:1—23

4  Həsrətini çəkdiyim, istəkli qardaşlarım, mənim fərəhim və başımın tacı. Mənim əzizlərim, Rəbbimizin yolunda mətanətlə yeriyin.  Evodi və Sintixiyə tövsiyə edirəm ki, Rəbbin xatirinə həmfikir olsunlar.  Bəli, ey mənimlə sidqi-ürəkdən bir boyunduruğu çəkən yoldaşım, səndən də xahiş edirəm ki, xoş xəbər uğrunda mənimlə, Klementlə və adları həyat kitabına yazılmış digər yoldaşlarımla çiyin-çiyinə mübarizə aparmış bu qadınlara köməklik göstərəsən.  Rəbbin yolunda həmişə sevinin. Bəli, sevinin!  Həmişə aqil* olun. Qoy bu xasiyyətiniz hamıya bəlli olsun. Rəbb sizə yaxındır.  Heç nəyə görə narahat olmayın. Hər diləyinizi dua, yalvarış və şükranla Allaha bildirin.  Allahın verdiyi qəlb rahatlığı bütün insan fikirlərini üstələyir; o, ürəyinizi və zehninizi Məsih İsa vasitəsilə qoruyacaq.  Nəhayət, qardaşlarım, doğru, şərəfli*, saleh, pak, sevilməli, təqdirəlayiq, ləyaqətli, tərifəlayiq nə varsa, bunlar haqqında daima düşünün.  Məndən öyrənib qəbul etdiyiniz, məndən eşitdiyiniz və gördüyünüz şeylərə əməl edin. Onda sülh Allahı sizinlə olacaq. 10  Rəbbin bir xidmətçisi kimi çox sevinirəm ki, nəhayət, mənim haqqımda yenidən düşünməyə başlamısınız. Əlbəttə, əvvəllər də düşünürdünüz, amma bunu göstərməyə imkanınız olmamışdı. 11  Elə bilməyin ki, bunu korluq çəkdiyim üçün deyirəm, axı mən hər bir şəraitdə nəyim varsa, ona qane olmağı öyrənmişəm. 12  Mən korluq çəkməyin də, firavan yaşamağın da nə olduğunu bilirəm. Mən hər şeydə və hər şəraitdə tox və ac olmağın, bolluq içində yaşamağın və korluq çəkməyin sirrini öyrənmişəm. 13  Çünki mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır. 14  Bununla belə, əzablarımda mənə dayaq olduğunuz üçün sizə təşəkkür edirəm. 15  Axı ey filipililər, siz özünüz də bilirsiniz ki, xoş xəbərin təbliği təzə-təzə başlayanda, mən Makedoniyadan çıxdığım vaxt, sizdən başqa heç bir yığıncaq mənimlə birlikdə maddi və ruhani nemətlərin paylanmasında iştirak etmədi. 16  Mən Salonikidə olanda siz ehtiyaclarım üçün düz iki dəfə mənə yardım göndərmişdiniz. 17  Elə bilməyin ki, mən bəxşiş umuram, xeyr, mən sizdən sizin üçün qazanc qalacaq bəhrələr gözləyirəm. 18  Mənim hər şeyim var, lap artıqlaması ilə. Bəli, heç nədən korluq çəkmirəm, ələlxüsus da indi, Epafroditlə göndərdiyiniz bəxşişləri alandan sonra. Bunlar xoş ətir, Allaha xoş gedən, Ona məqbul olan qurbanlardır. 19  Mənim Allahım isə Öz calalının zənginliyi ilə və Məsih İsa vasitəsilə bütün ehtiyaclarınızı tam təmin edəcək. 20  Atamız Allaha əbədiyyət boyu eşq olsun! Amin. 21  Məsih İsa ilə vəhdətdə olan hər bir müqəddəsə mənim salamlarımı çatdırın. Yanımdakı qardaşlar da sizə salam göndərirlər. 22  Bütün müqəddəs qardaşlar, xüsusən də imperatorun* ev əhli sizə salam deyir. 23  Qoy Ağamız İsa Məsih öz lütfü ilə ovqatınıza xeyir-dua versin.

Haşiyələr

Hərfən «güzəştə gedən»
Yaxud «ciddi diqqətə layiq»
Yəni «sezarın»