Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Filipililərə 3:1—21

3  Nəhayət, qardaşlarım, Rəbbə xidmətdən həmişə sevinc duyun. Sizə eyni şeyləri təkrarən yazmaq mənə çətin deyil, ancaq bunlar sizi qoruyar.  Özünüzü murdar*, ziyankar və bədəni şikəst edən adamlardan qoruyun.  Həqiqi sünnət bizdədir, çünki biz Allahın ruhu ilə müqəddəs xidməti icra edir və cismani şeylərə güvənmirik, Məsih İsa ilə öyünürük.  Hərçənd cismani şeylərə güvənməyə mənim daha çox əsasım var. Əgər kimsə cismani şeylərə güvənməyə əsası olduğunu fikirləşirsə, mənim əsasım daha çoxdur.  Anadan olandan sonra səkkizinci gündə sünnət edilmişəm, özüm İsrail soyundan, Binyamin qəbiləsindən, ibrani valideynlərdən dünyaya gəlmiş bir ibraniyəm. Qanuna gəldikdə fərisey idim,  canfəşanlıq desəniz, yığıncağı təqib edirdim, Qanun qarşısında salehlik desəniz, mən burada da qüsursuz idim.  Lakin mənim üçün qazanc olan şeyləri Məsih uğrunda zərər saydım.  Bəli, mən, doğrudan da, hər şeyi Ağam Məsih İsa haqqındakı misilsiz biliklə müqayisədə heç sayıram. Ağama görə bunların hamısından keçdim və hər şeyi zibil hesab edirəm. Bəli, bunu Məsihi qazanmaq,  onunla vəhdətdə olmaq üçün etdim. Beləcə, istəyirəm ki, qanuna əsaslanan salehliyimlə yox, Məsihə gətirdiyim imandan doğan və bu imana əsaslanıb Allahdan gələn salehlik vasitəsilə 10  onu tanıyım, dirilməsinin gücünü dərk edim, çəkdiyi iztirablara şərik olum, onun ölümünə bənzər ölümə tabe olum və 11  mümkünsə, ilk dirilməyə yetişim. 12  Mən demirəm ki, artıq mükafatı almışam, yaxud artıq kamiləm. Xeyr, var gücümlə çalışıram ki, görüm Məsih İsa məni seçəndə mənim üçün hazırladığını ala bilirəm, ya yox. 13  Qardaşlar, mən hələ bu mükafatı aldığımı düşünmürəm. Yalnız bunu deyə bilərəm ki, arxada qalan şeyləri unudub, irəlidəki şeylərə can atıram və 14  hədəfə doğru, Allahın Məsih İsa vasitəsilə verdiyi göylər dəvəti mükafatını almaq üçün qaçıram. 15  Beləliklə, bizlərdən kim yetkindirsə, qoy bu cür fikirləşsin. Əgər başqa cür düşünürsünüzsə, Allah sizə düzgün düşüncə tərzini açacaq. 16  Hansı səviyyəyə çatmışıqsa, gəlin bundan sonra da bu nizam-intizama uyğun hərəkət edək. 17  Qardaşlar, hamınız məndən nümunə götürün və verdiyimiz nümunəyə əsasən yaşayanları diqqətlə izləyin. 18  Çünki bir çoxları Məsihin işgəncə dirəyinin düşməni kimi hərəkət edir. Mən onlar barəsində dəfələrlə bəhs etmişəm, indi isə göz yaşı ilə danışıram. 19  Onların aqibəti məhv, allahı bədən istəkləridir; biabırçı şeylərlə qürrələnirlər, onların fikri-zikri cismani şeylərdədir. 20  Bizim vətənimiz* isə göylərdir. Biz oradan xilaskarımız və Ağamız İsa Məsihin gəlişini səbirsizliklə gözləyirik. 21  O, bizim rəzil bədənimizi dəyişib bizə öz şanlı bədəninə bənzər bədən verəcək. O, bunu öz gücü ilə, hər şeyi özünə tabe etdirməyə qadir olan gücünün təsiri ilə edəcək.

Haşiyələr

Hərfən «itlərdən»
Yaxud «vətəndaşlığımız»