Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Filipililərə 1:1—30

1  Məsih İsanın qulları Pavel və Timoteydən Məsih İsa ilə vəhdətdə olan Filipidəki bütün müqəddəslərə, nəzarətçilərə və xidməti köməkçilərə məktub.  Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.  Hər dəfə sizi xatırlayanda Allahıma şükür edirəm  və hamınız üçün yalvarıb sevinclə dua edirəm.  Axı siz ilk gündən başlayaraq xoş xəbəri dəstəkləyirsiniz.  Mən əminəm ki, aranızda yaxşı işin təməlini qoyan Allah onu İsa Məsihin gününədək başa çatdıracaq.  Bu cür fikirləşməyə tam haqqım var, çünki həm həbsdə olduğum müddətdə, həm də xoş xəbərin müdafiəsində və qanuni tanınmasında siz hamınız mənimlə birgə Allahın lütfünə şərik olmuş və həmişə ürəyimdə olmusunuz.  Sizlərdən ötrü necə darıxdığıma Allah şahiddir və necə ki, Məsih İsa sizi sevir, mən də sizi elə sevirəm.  Mən həmçinin daima dua edirəm ki, dəqiq bilik və tam dərrakə ilə yanaşı məhəbbətiniz də get-gedə böyüsün və 10  siz daha vacib şeyləri ayırd etməyi bacarasınız. Beləcə Məsihin gününədək qüsursuz olub iman yolunda heç kəsi büdrətməyəsiniz, 11  Allahın şərəfi və şöhrəti üçün İsa Məsih vasitəsilə bolluca saleh işlər görəsiniz. 12  Qardaşlar, istəyirəm ki, bunu da biləsiniz: başıma gələnlər xoş xəbərin yayılmasına xidmət etmişdir. Bəli, məhz yayılmasına, əksinə yox. 13  Belə ki, Məsih uğrunda həbs olunduğum hamıya, o cümlədən imperator qvardiyasına da məlum olub. 14  Həmçinin mənim qandallarım Ağamızın xidmətində duran qardaşların çoxunu ürəkləndirib və onları cəsarətlə, qorxmadan Allahın sözünü təbliğ etməyə sövq edib. 15  Düzdür, bəziləri Məsihi ürəklərində paxıllıq və rəqabət, digərləri isə saf niyyətlə təbliğ edirlər. 16  Niyyəti saf olanlar məhəbbətdən doğan istəklə Məsihi müjdələyir və bilirlər ki, mən bura xoş xəbərin müdafiəsi üçün təyin edilmişəm. 17  O birilərin niyyəti isə təmiz deyil, onlar Məsihi höcətlə təbliğ edirlər və bununla qandallarımın üstünə zülm əlavə etmək istəyirlər. 18  Neynək? Heç nə. İstər riyakarlıqla, istərsə də səmimiyyətlə olsun, elə də, belə də Məsih haqqında təbliğ edilir və bu, məni sevindirir. Mən bundan sonra da sevinəcəyəm. 19  Bilirəm ki, bu, sizin yalvarışlarınız və İsa Məsihin göndərdiyi müqəddəs ruhun köməyi ilə məni xilasa* çatdıracaq. 20  Mən bunu səbirsizliklə gözləyirəm və ümidvaram ki, heç nəyə görə xəcalət çəkməyəcəyəm. Əksinə, alnıaçıqlıqla danışacağam ki, həmişə olduğu kimi indi də — istər sağlığımda, istər mən öləndən sonra Məsih mənim vasitəmlə ucalsın. 21  Mən Məsih üçün yaşayıram, ölsəm də heç nə itirmirəm, əksinə, qazanıram. 22  Əgər bir az da yaşamalı olsam, bu, mənim üçün səmərəli fəaliyyət demək olacaq. Hərçənd nəyə üstünlük verdiyimi açıqlamayacağam. 23  Bu iki şey arasında qalmışam. Qurtulub Məsihlə bir yerdə olmaq, əlbəttə ki, daha yaxşıdır. Mən də elə bunu arzulayıram. 24  Ancaq sizə görə yaşamağım daha vacibdir. 25  Buna əmin olduğumdan bilirəm ki, getməyəcəyəm; irəliləyişiniz üçün və imandan doğan sevinci dadmağınız üçün sizinlə qalacağam ki, 26  mən təkrarən yanınıza gələndə Məsih İsa ilə bağlı sevinciniz daha da artsın. 27  Məsih haqqındakı xoş xəbərə layiq yaşayın ki, mən sizi görmək üçün gələ bilsəm də, bilməsəm də sizin haqqınızda ancaq tərifəlayiq sözlər — bir fikirdə, yekdillik içində mətanətlə duraraq xoş xəbərə gətirdiyiniz iman uğrunda çiyin-çiyinə mübarizə apardığınızı, 28  düşmənlərdən əsla qorxmadığınızı eşidim. Bu, onların məhvə uğrayacağına, sizin isə xilas olacağınıza sübutdur. Bu da ki Allahdandır. 29  Çünki Məsihə iman gətirməklə yanaşı, sizə onun uğrunda əziyyət çəkmək şərəfi də nəsib olub. 30  Siz mənim apardığım mübarizəni görmüsünüz və indi də onun haqqında eşidirsiniz. Özünüz də hal-hazırda belə mübarizə aparırsınız.

Haşiyələr

Yaxud «azadlığa buraxılmağımla nəticələnəcək»