Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Efeslilərə 6:1—24

6  Uşaqlar, Rəbbin iradəsinə uyğun olaraq, valideynlərinizin sözünə qulaq asın, çünki bu, Allahın gözündə düzgündür.  «Atana və anana hörmət et». Bu, içində vəd olan ilk əmrdir.  «Beləcə güzəranın xoş, yer üzündə ömrün uzun olacaq».  Siz də atalar, uşaqlarınızı əsəbiləşdirməyin, onları Yehovanın verdiyi tərbiyə və öyüd-nəsihətlə böyüdün.  Ey nökərlər, yerdəki ağalarınıza Məsihə itaət edir kimi, dərin ehtiram və səmimiyyətlə itaət edin  və bunu insanların rəğbətini qazanmaq istəyənlər kimi gözdən pərdə asmaq üçün yox, Allahın iradəsini sidqi-ürəkdən yerinə yetirən Məsihin qulları kimi edin.  Nökərlər, canla-başla xidmət edin, sanki insanlara yox, Yehovaya xidmət edirsiniz.  Siz bilirsiniz ki, istər qul, istər azad insan etdiyi yaxşılığa görə Yehovadan mükafatını alacaq.  Siz də ağalar, nökərlərinizlə bu cür davranın, hərbə-zorbanı qırağa qoyun, axı siz bilirsiniz ki, onların da, sizin də Sahibiniz göylərdədir və O, ayrı-seçkiliyi sevmir. 10  Xülasə, Rəbbə güvənib Onun gücünün əzəməti ilə möhkəmlənin. 11  İblisin hiylələrinə sinə gərmək üçün Allahın verdiyi bütün yaraqları əyninizə geyin. 12  Çünki biz ətə və qana qarşı yox, səmavi aləmdəki şər ruhi qüvvələrə — hökumətlərə, hakimiyyətlərə və bu zülməti idarə edən dünya hökmdarlarına qarşı mübarizə aparırıq. 13  Buna görə də, dar gündə müqavimət göstərmək, hər şeyi dəqiqliklə yerinə yetirmək və möhkəm durmaq üçün Allahın verdiyi bütün yaraqları götürün. 14  Beləliklə, həqiqət qurşağını belinizə bağlayıb, salehlik zirehini döşünüzə taxıb, 15  sülh müjdəsini təbliğ etmək hazırlığını ayağınıza geyib dəyanətlə dayanın. 16  Ən ümdəsi isə imanın böyük qalxanını götürün, onunla siz Şəririn* bütün alovlu oxlarını söndürəcəksiniz. 17  Həmçinin xilas dəbilqəsini və ruhun qılıncını, yəni Allahın sözünü götürün. 18  Hər vaxt ruhun rəhbərliyi altında hər cür dilək və yalvarışla dua edin. Buna görə də daima ayıq-sayıq olun və müqəddəslər üçün yalvarın, 19  həmçinin məndən ötrü dua edin ki, xoş xəbərin müqəddəs sirrini bəyan etmək üçün mənə cəsarətlə danışmaq qabiliyyəti verilsin. 20  Mən dustaq olsam da bu xoş xəbərin səfiri kimi xidmət edirəm. Buna görə də diləyin ki, onun haqqında cəsarətlə danışa bilim. Bu, mənim borcumdur. 21  Əhvalımı və vəziyyətimi bilməyiniz üçün Ağamıza sədaqətlə xidmət edən sevimli qardaşım Tixik hər şeyi sizə çatdıracaq. 22  Onu bu məqsədlə yanınıza göndərirəm ki, sizə bizim işlərdən xəbər çatdırsın və təsəlli versin. 23  Atamız Allahdan və Ağamız İsa Məsihdən qardaşlara sülh, məhəbbət və iman diləyirəm. 24  Ağamız İsa Məsihi tükənməz məhəbbətlə sevən hər kəsə lütf yar olsun!

Haşiyələr

Yəni «Şeytanın»