Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Efeslilərə 5:1—33

5  Beləliklə, Allahın sevimli övladları olduğunuz üçün Ona bənzəməyə çalışın  və məhəbbət yolunda yeriyin, necə ki, Məsih sizi sevdi və öz canını sizin yolunuzda Allaha xoş ətirli bəxşiş və qurban kimi fəda etdi.  Cinsi əxlaqsızlığı, hər cür natəmizliyi və ya acgözlüyü dilinizə belə gətirməyin, axı bunlar müqəddəslərə yaraşmır,  həmçinin aranızda abırsız hərəkətlərə, axmaq söhbətlərə və nalayiq zarafatlara, ümumiyyətlə, ədəbsiz şeylərə yer verməyin, əksinə, Allaha şükür edin.  Axı siz yaxşı bilirsiniz ki, nə əxlaqsızın, nə natəmiz adamın, nə də acgözün, başqa sözlə bütpərəstin Məsihin və Allahın padşahlığında payı yoxdur.  Qoy heç kəs sizi puç sözlərlə aldatmasın, çünki itaətsiz adamlar sadaladığım bu şeylərə görə Allahın qəzəbinə düçar olacaqlar.  Buna görə də onlarla oturub-durmayın;  çünki siz bir vaxtlar zülmət idiniz, amma indi Ağamıza məxsus olduğunuz üçün nursunuz, nur övladları kimi də yaşayın.  Nurun bəhrəsi isə hər cür xeyirxahlıq, salehlik və həqiqətdir. 10  Rəbbə nəyin məqbul olduğuna daima əmin olun 11  və onlarla zülmətin yararsız işlərində əlbir olmayın, əksinə, onları ifşa edin, 12  çünki onların xəlvətdə gördüyü işləri adam dilə gətirməyə belə utanır. 13  İfşa ediləsi hər bir əməli nur üzə çıxarır, çünki aşkara çıxarılan hər bir şey nurdur. 14  Buna görə də yazılıb: «Ey yatan! Qalx, diril ki, Məsih sənin üzərinə nur saçsın». 15  Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin və 16  pis zəmanədə yaşadığımızı nəzərə alaraq, vaxtınızın qədrini bilin*. 17  Bundan sonra ağılsız davranmayın, Yehovanın iradəsini daima qavrayın. 18  Habelə şərabdan sərxoş olanacan içməyin, çünki bu əyyaşlığa gətirib çıxarır, əksinə, müqəddəs ruhla dolun, 19  bir-birinizə məzmur, Allaha isə mədhiyyə söyləyin, ruhani mahnılar ifa edin, musiqi müşayiəti ilə ürəyinizdə Yehovaya nəğmə oxuyun, 20  Ağamız İsa Məsihin adı ilə həmişə, hər şey üçün Atamız Allaha şükür edin. 21  Məsihə bəslədiyiniz ehtiramla bir-birinizə tabe olun. 22  Qoy arvadlar Ağaya tabe olur kimi, ərlərinə tabe olsunlar, 23  çünki Məsih bu bədənin, yəni yığıncağın xilaskarı və başı olduğu kimi, ər də arvadının başıdır. 24  Bəli, yığıncaq Məsihə tabe olduğu kimi, qoy arvadlar da hər şeydə ərlərinə tabe olsunlar. 25  Ərlər, arvadlarınızı həmişə sevin, çünki Məsih də yığıncağı sevdi və özünü onun yolunda fəda etdi ki, 26  onu Allahın sözü vasitəsilə yuyub təmizləsin və pak etsin, 27  beləcə, yığıncaq bütün gözəlliyi ilə, ləkəsiz, qırışsız və sairəsiz, müqəddəs şəkildə və ismətlə onun qarşısına çıxsın. 28  Eləcə də ər arvadını öz bədənini sevdiyi kimi sevməlidir. Arvadını sevən özünü sevir, 29  axı elə bir adam yoxdur ki, öz bədəninə nifrət etsin, əksinə, insan öz bədəninin qeydinə qalır, onu əzizləyir; Məsih də yığıncağa belə qayğı göstərir, 30  çünki biz onun bədəninin üzvləriyik. 31  «Buna görə də kişi öz ata-anasından ayrılıb arvadına bağlanacaq və ikisi bir bədən olacaq». 32  Bu müqəddəs sirr böyükdür. Mən burada Məsihi və yığıncağı nəzərdə tuturam. 33  Bununla belə, qoy hər biriniz arvadını özünü sevdiyi kimi sevsin; arvad da ərinə dərin hörmət bəsləsin.

Haşiyələr

Hərfən «əlverişli vaxtı satın alın»