Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Efeslilərə 4:1—32

4  Ağamız uğrunda məhbus olan bir adam kimi sizə yalvarıram: aldığınız dəvətə layiq yaşayın.  Tam təvazökarlıq, həlimlik, səbir və məhəbbətlə bir-birinizə qarşı dözümlü olun,  sülhün birləşdirici telləri içində ruhun birliyini qorumağa ürəkdən çalışın.  Dəvət olunduğunuz ümid bir olduğu kimi, bir bədən, bir ruh,  bir Ağa, bir iman, bir vəftiz vardır.  Hamının üzərində, hamı vasitəsilə və hamının daxilində olan bütün insanların Atası Allah da birdir.  Hər birimiz Məsihin müəyyən etdiyi ölçüdə lütf ənamını almışıq.  Buna görə də yazılıb: «O göyə qalxanda əsirləri özü ilə apardı, insanlar timsalında hədiyyələr verdi».  Deməli, o, aşağılara, yəni yer üzünə enmişdi ki, «qalxdı» deyilib. 10  Hər şeyi tamamlamaq üçün, həm enmiş, həm də ən uca göylərin zirvəsinə qalxmış şəxs eyni adamdır. 11  O, kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini də çoban və müəllim təyin edib ki, 12  onlar xidmət işi üçün müqəddəsləri mükəmməlləşdirsinlər*, Məsihin bədənini möhkəmləndirsinlər. 13  Nəticədə biz hamımız imanda birliyə və Allahın Oğlu haqqındakı dəqiq bilikdə vəhdətə, yetkin insan səviyyəsinə, Məsihə məxsus dolğunluğun inkişaf dərəcəsinə yetişək. 14  Belə ki, daha insanların fırıldağı, kələyi, ustalıqla uydurduğu yalanından doğan hər cür təlim küləyinin ora-bura apardığı, dəniz dalğalarının atıb-tutduğu uşaq kimi olmayaq. 15  Ancaq bir-birimizə həqiqəti söyləyərək yığıncağın başı olan Məsihə doğru hər şeydə məhəbbətlə inkişaf edək. 16  Onun sayəsində bütün bədən zəruri oynaqlar vasitəsilə həmahəng surətdə birləşir, bədənin hər bir üzvü qarşılıqlı əməkdaşlıq şəraitində öz işini görərək bütün bədənin inkişafına və məhəbbətdə möhkəmlənməsinə xidmət edir. 17  Buna görə də Ağamızın qarşısında sizə deyirəm: artıq başqa millətlər kimi puç düşüncələrə qapılıb yaşamayın. 18  Onların zehni qaranlıqdadır, cahilliklərinə və daşürəkli olduqlarına görə Allahın verdiyi həyata qarşı yadlaşıblar. 19  Onlar abır-həyanı büsbütün itirərək acgözlüklə hər cür natəmiz iş görmək üçün özlərini pozğunluq girdabına qərq ediblər. 20  Lakin siz Məsihi belə tanımamısınız, 21  əlbəttə, əgər siz, doğrudan da, onu dinləyib ondan öyrənmisinizsə — çünki həqiqət İsadadır — 22  bilirsiniz ki, əvvəlki davranış tərzinizə xas olan və aldadıcı arzuları ilə pozğunlaşan köhnə şəxsiyyəti əyninizdən çıxarmalı, 23  əqlinizi hərəkətə gətirən qüvvə ilə yeniləşməli, 24  Allahın iradəsi ilə həqiqi salehlik və sədaqət içində yaradılmış yeni şəxsiyyətə bürünməlisiniz. 25  Buna görə də artıq yalanı kənara qoyduğunuz üçün qoy hər kəs yaxınına həqiqəti söyləsin, çünki biz hamımız bir bədənin üzvləriyik və bir-birimizə məxsusuq. 26  Qəzəblənsəniz də günah işləməyin; qoy hirsiniz gün batmamış soyusun, 27  İblisə fürsət verməyin. 28  Oğurluq edən daha oğurluq etməsin, qoy faydalı işlə məşğul olaraq əlinin zəhməti ilə dolansın, beləcə, korluq çəkənə də əl tuta bilsin. 29  Qoy dilinizdən heç bir pis* söz çıxmasın, ancaq zərurətə görə imanı möhkəmləndirən söz söyləyin ki, sizi dinləyənlərə fayda gətirsin. 30  Həmçinin Allahın müqəddəs ruhunu kədərləndirməyin, çünki siz fidyə vasitəsilə azadlığa çıxacağınız gün üçün bu ruhla möhürlənmisiniz. 31  Qoy kin, hirs, qəzəb, qışqırıq, təhqiramiz danışıq, ümumiyyətlə hər cür pislik sizdən uzaq olsun. 32  Bir-birinizə qarşı xeyirxah, şəfqətli olun, Allah Məsih vasitəsilə sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlayın.

Haşiyələr

Yaxud «düzəltmək», «düz yola gətirmək»
Hərfən «çürük»