Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Efeslilərə 3:1—21

3  Bu səbəbdən mən Pavel sizə görə, yəni digər millətlərə görə Məsih İsa uğrunda məhbusam.  Siz, şübhəsiz, eşitmisiniz ki, Allah sizin xeyiriniz üçün Öz lütfünün idarəsini mənə tapşırıb.  Sizə bir az əvvəl qısaca yazdığım kimi, bu müqəddəs sirr mənə vəhy vasitəsilə açılıb.  Beləliklə, siz bu sözləri oxuyarkən mənim Məsih haqqındakı müqəddəs sirri anladığımı görəcəksiniz.  Bu sirr keçmiş nəsillərdə insan oğullarına açılmamışdı, yalnız indi ruh vasitəsilə onun müqəddəs həvarilərinə və peyğəmbərlərinə bildirilib.  Bu o deməkdir ki, digər millətlərdən olan adamlar xoş xəbər sayəsində Məsih İsa ilə vəhdətdə olaraq həmvaris, bir bədənin üzvləri və bizimlə bir yerdə vədin iştirakçıları olacaqlar.  Mən Allahın lütfünün ənamı vasitəsilə bu xoş xəbərin xidmətçisi oldum və bu, Onun gücünün bir ifadəsidir.  Bu lütf mənə, müqəddəslərin hamısından ən kiçiyinə verilmişdir ki, mən Məsihin ağlasığmaz sərvəti barəsindəki xoş xəbəri millətlərə bəyan edim,  hər şeyi yaradan Allahın qədim zamanlardan bəri gizli saxladığı müqəddəs sirrin necə idarə olunduğunu insanlara göstərim. 10  Bu ona görə edildi ki, Allahın zəngin* hikməti yığıncaq vasitəsilə səmavi aləmdəki hökumət və hakimiyyətlərə açılsın. 11  Bu, Onun əbədi niyyətinə, Ağamız Məsih İsa ilə əlaqədar qərarlaşdırdığı niyyətə müvafiqdir. 12  Onun sayəsində biz belə alnıaçıqlıqla danışır, ona olan iman vasitəsilə Allaha əminliklə yaxınlaşırıq. 13  Buna görə də xahiş edirəm: qoy sizin uğrunuzda çəkdiyim əziyyətlər sizi ruhdan salmasın, çünki bunlar sizin şərəfinizdir. 14  Bu səbəbdən mən Atamızın qarşısında diz çökürəm, 15  kimə ki, göydə və yerdə olan hər ailə öz adı ilə borcludur. 16  Diləyim budur ki, O Öz calalının zənginliyinə görə Öz ruhu və gücü ilə sizin daxili varlığınızı möhkəmləndirsin. 17  Qoy Məsih sizin imanınız sayəsində məhəbbətlə bərabər qəlbinizdə məskən salsın, siz möhkəm təməl üzərində kök salıb mətin durasınız, 18  bütün müqəddəslərlə birlikdə həqiqətin genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini qavraya biləsiniz 19  və Məsihin bilikdən üstün olan məhəbbətini dərk edib, Allahın verdiyi dolğunluğa sahib olasınız. 20  Bəli, bizdə fəaliyyət göstərən gücü vasitəsilə xahiş etdiyimiz, hətta düşündüyümüz hər bir şeydən qat-qat artığını etməyə qadir olan Allaha 21  nəsildən-nəslə əbədiyyət boyu yığıncaq və Məsih İsa vasitəsilə eşq olsun. Amin!

Haşiyələr

Yaxud «çoxcəhətli»