Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Efeslilərə 2:1—22

2  Siz təqsir və günah ucbatından ölü idiniz, Allah isə sizi həyata qaytardı.  Bir zamanlar təqsir və günahlarınız içində bu dövrə uyğunlaşıb yaşayırdınız, havadakı hakimiyyətin hökmdarına, hal-hazırda itaətsiz adamlarda fəaliyyət göstərən ruha uymuşdunuz.  Bəli, bir vaxtlar hamımız onların arasında günahlı bədənimizin istəklərinə uyğun yaşamış, bədənimizin və zehnimizin arzularının dalınca düşərək başqaları kimi Allahın qəzəbinə anadangəlmə düçar* edilmişdik.  Ancaq mərhəməti bol olan Allah bizə duyduğu böyük məhəbbət naminə,  biz hələ təqsirlərimizdə ölü ikən, bizi Məsihlə birlikdə həyata qaytardı (bəli, siz lütf sayəsində xilas oldunuz),  bizi Məsih İsa ilə birlikdə diriltdi, onunla birgə göylərdə oturtdu ki,  Məsih İsa ilə vəhdətdə olan bizlərə comərdliklə göstərdiyi lütfün misilsiz bolluğunu gələcək dövrlərdə nümayiş etdirsin.  Doğrudan da, siz bu lütf sayəsində iman vasitəsilə xilas oldunuz, amma buna özünüz nail olmadınız, bu, Allahın ənamıdır.  Bəli, heç kəsin öyünməyə səbəbi olmasın deyə, xilas əməllərdən asılı deyil. 10  Biz Allahın zəhmətinin məhsuluyuq və Onun bizim üçün qabaqcadan hazırladığı xeyirxah işləri görməkdən ötrü Məsih İsa ilə vəhdətdə yaradılmışıq. 11  Buna görə də unutmayın ki, siz əvvəllər cismən digər xalqlardan idiniz və insan əli ilə «sünnət edilmişlər» sizi «sünnətsiz» adlandırırdı. 12  O vaxt siz Məsihsiz idiniz, İsrail cəmiyyətindən kənarda qalıb vəd əsasında bağlanmış əhdlərə yad idiniz. Bu dünyada ümidsiz və Allahsız yaşayırdınız. 13  Bir vaxtlar Allahdan uzaq olan sizlər indi Məsih İsa ilə vəhdətdəsiniz, onun qanı sayəsində Allaha yaxınlaşmısınız. 14  Çünki Məsih bizə sülh gətirdi, o iki qrupdan bir bütöv təşkil edərək onları ayıran divarı dağıtdı. 15  O, hər iki xalqdan özü ilə vəhdətdə olan bir yeni insan yaratmaq və sülhü bərqərar etmək üçün öz bədəni ilə düşmənçiliyi aradan qaldırdı, yəni hökmlərdən və əmrlərdən ibarət Qanunu ləğv etdi. 16  O öz ölümü ilə düşmənçiliyi aradan qaldırdığı üçün işgəncə dirəyi vasitəsilə iki xalqdan bir bədən təşkil edib onu Allahla tam barışdırdı. 17  O gəlib sülh haqqındakı xoş xəbəri həm uzaqda olan sizlərə, həm yaxında olanlara bəyan etdi, 18  çünki onun sayəsində bizim, yəni hər iki qrupun bir ruh vasitəsilə Allaha yaxınlaşmaq imkanı var. 19  Buna görə də siz artıq yad və qərib deyilsiniz, siz müqəddəslərin soydaşı və Allahın ailəsinin üzvlərisiniz. 20  Siz həvarilərdən və peyğəmbərlərdən ibarət təməlin üzərində tikilmisiniz, bu təməlin guşədaşı isə Məsih İsadır. 21  Bütün tikili onunla vəhdətdə həmahəng şəkildə birləşərək ucalıb Yehova üçün müqəddəs məbəd olur. 22  Beləliklə, onunla vəhdətdə olan sizlərdən Allahın Öz ruhu ilə məskən salacağı bir məkan ucaldılır.

Haşiyələr

Hərfən «qəzəbin övladları olmuşduq»