Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Efeslilərə 1:1—23

1  Allahın iradəsi ilə Məsih İsanın həvarisi təyin edilmiş Paveldən Efesdəki müqəddəslərə və Məsih İsa ilə vəhdətdə olan sadiqlərə məktub.  Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.  Ağamız İsanın Allahı və Atasına şükürlər olsun. Çünki O, Məsihlə vəhdətdə olan bizlərə səmavi aləmdə hər cür ruhani xeyir-dua bəxş etmiş,  bəşər nəsli dünyaya gəlməzdən əvvəl* onunla birlikdə bizi də seçmişdir ki, məhəbbət göstərərək Onun qarşısında müqəddəs və eyibsiz olaq.  O, Öz istəyi və iradəsinə əsasən bizi İsa Məsih vasitəsilə oğulluğa götürməyi qabaqcadan qərarlaşdırıb ki,  Öz sevimli Oğlu vasitəsilə bizə bəxş etdiyi şanlı lütfə görə mədh edilsin.  Biz onun qanı ilə ödənmiş fidyə vasitəsilə azadlığa, bəli, bu lütfün bolluğuna əsasən günahlarımızın əfvinə yetişirik.  O, Öz lütfünü hər cür hikmət və dərrakə ilə bərabər bizə səxavətlə verərək  Öz iradəsinin müqəddəs sirrini bizə açıqladı. Bu sirr Onun istəyinə uyğundur, 10  çünki O, Öz niyyətinə əsasən, təyin edilmiş vaxtın sonunda işlərin idarəsini təşkil etməyi, yəni göydə və yerdə olanları yenidən Məsihdə birləşdirməyi qərarlaşdırdı. Bəli, 11  biz də Məsihlə birlikdə varis təyin edildik; bu, hər şeydə Öz iradəsinə əsasən hərəkət edənin niyyətinə görə qabaqcadan müəyyən edilmişdi ki, 12  Məsihə birinci ümid bağlayan bizlər Onun şöhrətinin mədhinə xidmət edək. 13  Ancaq siz də həqiqət sözünü, xilasınız barəsindəki xoş xəbəri eşidəndən sonra ona ümid etdiniz və ona iman edəndən sonra vəd edilmiş müqəddəs ruhla möhürləndiniz. 14  Bu ruh mirasımızın zaminidir; o, Allahın şanlı mədhi üçün Ona məxsus olanların fidyə vasitəsilə azadlıq qazanmasına xidmət edir. 15  Buna görə mən də Ağamız İsaya bəslədiyiniz iman və bütün müqəddəslərə bu imandan doğan münasibətiniz barəsində eşidəndən bəri 16  durmadan sizə görə Allaha şükür edir və dualarımda sizi yad edirəm. 17  Diləyim budur ki, Ağamız İsa Məsihin Allahı, şərəfli Atamız Onun haqqında dəqiq biliyə yiyələndiyiniz zaman sizə hikmət və vəhy ruhu versin, 18  qəlbinizin gözünü nurlandırsın ki, siz dəvət olunduğunuz ümidi, Onun müqəddəslər üçün miras kimi qoruyub saxladığı şərəfli var-dövləti və 19  biz imanlılarda fəaliyyət göstərən qüdrətindəki misilsiz böyüklüyü dərk edəsiniz. Bu qüdrətin böyüklüyü özünü Onun əzəmətli gücünün fəaliyyətində büruzə verir. 20  Allah bu gücü ilə Məsihi diriltdi və onu göylərdə, Özünün sağında oturtdu; 21  həmçinin onu yalnız bu dövrdə deyil, gələcək dövrdə də hər cür hökumət, hakimiyyət, qüdrət, iqtidar və adın üzərində qoydu. 22  Allah həm də hər şeyi onun ayaqları altına ataraq ona tabe etdi və onu yığıncağın xeyrinə hər şeyin başı təyin etdi. 23  Bu yığıncaq Məsihin bədənidir, Məsihlə bir bütövdür və Məsihlə tamamlanır.

Haşiyələr

Hərfən «toxum axıdılandan bəri». Adəmlə Həvvanın dünyaya uşaq gətirməsi nəzərdə tutulur