Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Peter 3:1—18

3  Əziz qardaşlarım, bu, sizə yazdığım ikinci məktubdur. Birinci məktubda olduğu kimi, sizə müəyyən şeyləri xatırlatmaq məqsədilə zehninizi oyatmağa çalışıram.  Müqəddəs peyğəmbərlərin qabaqcadan söylədiklərini, həmçinin Ağamızın və Xilaskarımızın həvariləriniz vasitəsilə verdiyi əmrləri heç vaxt unutmayın.  Siz yaxşı bilirsiniz ki, axır günlərdə kinayə ilə danışan rişxəndçilər peyda olacaq. Onlar öz istədikləri kimi hərəkət edib  deyəcəklər: «Bəs hanı onun vəd edilmiş iştirakı? Axı dədə-babalarımız ölüm yuxusuna gedəndən sonra da hər şey yaradılışdan bəri olduğu kimi durur».  Onlar bu həqiqətə bilə-bilə göz bağlayırlar ki, qədim zamanlarda göy və suyun ortasında olub Allahın sözü ilə sudan bərk kütlə şəklində çıxmış yer var idi.  Bunların vasitəsilə o vaxt mövcud olan bəşər də daşqın suları altında qalıb məhv olmuşdu.  İndiki göylər və yer də həmin söz vasitəsilə allahsızların məhv ediləcəyi Hökm gününün alovu üçün saxlanılır.  Əzizlərim, siz isə nəzərdən qaçırmayın ki, Yehovanın gözündə bir gün min ilə, min il də bir günə bərabərdir.  Yehova bəzilərinin düşündüyü kimi, Öz vədini yerinə yetirməyə gecikmir. Xeyr! O, sizə səbir edir, çünki heç kəsin məhv olmasını istəmir, əksinə, hamının tövbəyə gəlməsini arzulayır. 10  Yehovanın günü oğru kimi gələcək. O gün göylər sürətlə, gurultu ilə keçib gedəcək, göyün və yerin közərmiş tərkib hissələri əriyib töküləcək, yer və onun üzərində görülən işlər ifşa olunacaq. 11  Bütün bunlar belə məhv olacaqsa, görün siz müqəddəs davranışda və Allaha sədaqətdə necə insan olmalısınız, 12  Yehovanın gününü* bərk-bərk yadda saxlayıb gözləməlisiniz. O gün od tutub yanan göylər dağılacaq və həmin o közərmiş tərkib hissələri əriyib töküləcək! 13  Biz isə Onun vədinə görə yeni bir göy və yeni yer gözləyirik; orada salehlik hökm sürəcək. 14  Buna görə də əzizlərim, bütün bunları gözləyərkən var gücünüzlə çalışın ki, Allah sizi axırda ləkəsiz, qüsursuz və əmin-amanlıq içində yaşayan tapsın. 15  Bundan əlavə, Rəbbin səbrini xilas üçün bir fürsət hesab edin. Əziz qardaşımız Pavel də ona verilmiş hikmətlə sizə bu barədə, 16  bütün məktublarında olduğu kimi, ətraflı yazmışdır. Düzdür, onun məktublarında bəzi qəliz fikirlər vardır. Cahil və səbatsız adamlar Müqəddəs Yazıların digər hissələrini təhrif etdikləri kimi, bunları da təhrif edib özlərini məhvə düçar edirlər. 17  Siz isə əzizlərim, bütün bunları qabaqcadan bildiyiniz üçün özünüzü gözləyin ki, qanun tanımayan adamların hiyləsinə uyub mətanətinizi itirməyəsiniz. 18  Ağamız və Xilaskarımız olan İsa Məsihin lütfü və onun haqqındakı bilik sayəsində daima böyüyün. Ona indi və əbədiyyət boyu eşq olsun!

Haşiyələr

Hərfən «gününün iştirakı». 4–cü Əlavəyə bax