Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Yəhya 1:1—13

 Mən ağsaqqaldan, ürəkdən sevdiyim və təkcə mənim yox, həqiqəti bilənlərin hamısının sevdiyi seçilmiş xanıma və onun uşaqlarına məktub.  Bu məhəbbət hamımızın qəlbində yaşayan və əbədiyyən orada qalacaq həqiqətdən doğur.  Həqiqət və məhəbbətlə yanaşı, Atamız Allahdan və Onun Oğlu İsa Məsihdən gələn lütf, mərhəmət və sülh də bizimlə olacaq.  Sənin uşaqlarından bəzilərinin Atamızdan aldığımız əmrə uyğun olaraq həqiqət yolunda yeridiklərini bilmək məni çox sevindirir.  İndi isə xanım, sənə yazıb xahiş edirəm ki, bir-birimizi sevmək əmrinə tabe olaq. Bu əmr yeni deyil, başlanğıcdan aldığımız əmrdir.  Məhəbbət Onun əmrlərinə uyğun yaşamaq deməkdir. Bu, sizin başlanğıcdan eşitdiyiniz həmin o əmrdir. Məhəbbətə əsasən yaşamağa davam edin.  Çünki dünyada İsa Məsihin cismani bədəndə gəldiyini qəbul etməyən çoxlu fırıldaqçı peyda olub. Bu cür fikirləşən fırıldaqçıdır, Məsihin əleyhdarıdır.  Diqqətli olun ki, çəkdiyimiz zəhmətin bəhrəsini itirməyib  mükafatınızı bütöv alasınız.  Məsihin təlimlərindən kənara çıxıb onlara riayət etməyən adam Allahla vəhdətdə deyil. Lakin bu təlimlərə riayət edən həm Ata, həm də Oğulla vəhdətdədir. 10  Əgər kimsə sizə bu təlimlə gəlmirsə, onu evinizə buraxmayın və salamlamayın. 11  Çünki onu salamlayan onun pis əməllərinə şərik olur. 12  Sizə deyiləsi hələ çox sözüm var, lakin bunları sizə kağız və mürəkkəblə çatdırmaq istəmirəm. Sevinciniz dolğun olsun deyə, yanınıza gəlib sizinlə üz-üzə danışacağıma ümid edirəm. 13  Seçilmiş bacının uşaqları sənə salam göndərir.

Haşiyələr