Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Timoteyə 3:1—17

3  Bunu bil ki, axır günlərdə son dərəcə ağır bir zəmanə gələcək.  Çünki insanlar xudbin, pulpərəst, özünü öyən, özündən razı, küfr danışan*, valideynlərinə itaət etməyən, nankor, vəfasız,  doğmalarını sevməyən, tərs, böhtançı, təmkinsiz, zalım, yaxşılığın düşməni,  xain, öz bildiyini edən, lovğa olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər.  Onlar üzdən özlərini Allah adamı kimi göstərəcək, əslində isə Allahın yolu ilə getməyəcəklər. Belələrindən uzaq gəz.  Belə adamların arasından hiylə ilə evlərə girib günah işləməyə meyilli, nəfsinin qulu olan,  daima öyrənən, amma heç cür həqiqət barəsində dəqiq biliyə yiyələnə bilməyən zəif iradəli qadınları yoldan sapdıran adamlar çıxırlar.  Yannis və Yambris Musaya qarşı çıxdıqları kimi, bu adamlar da həqiqətə qarşı çıxırlar. Onların zehni tamamilə pozğunlaşıb və artıq iman yolunda yeriməyə yararlı deyillər.  Onlar bundan artıq irəliləyə bilməyəcəklər, çünki o iki nəfərin ağılsızlığı əvvəl-axır üzə çıxdığı kimi, bunların da ağılsızlığı hamıya bəlli olacaq. 10  Sən isə mənim təlimimi, həyat yolumu, amalımı, imanımı, səbrimi, məhəbbətimi, dözümümü izlədin. 11  Antakiyada, Konyada və Listrada necə təqiblərlə qarşılaşdığımı, əzab çəkdiyimi də bilirsən. Ancaq Ağamız bütün bunlardan məni qurtardı. 12  Əslində, Məsih İsa yolunda yeriyərək Allaha sədaqətlə yaşamaq istəyənlərin hamısı təqib olunacaq. 13  Pis adamlar və fırıldaqçılar isə aldadıb aldanaraq daha da pis işlər görəcəklər. 14  Sən isə öyrəndiyin və doğruluğuna əmin olduğun şeylərə sadiq qal, axı sən bunları kimlərdən öyrəndiyini yaxşı bilirsən. 15  Bundan başqa Məsih İsaya gətirdiyin iman vasitəsilə xilasa yetişməyin üçün səni hikmətli etməyə qadir olan Müqəddəs Yazıları körpəlikdən bilirsən. 16  Müqəddəs Yazılardakı hər kəlmə Allah tərəfindən ilhamlanmışdır və təlim, tənbeh, islah və salehlik yolunda tərbiyə üçün faydalıdır. 17  Bunun sayəsində Allah bəndəsi tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır ola bilər.

Haşiyələr

Yaxud «söyüşkən»