Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Timoteyə 1:1—18

1  Məsih İsa yolundakı həyat vədinə uyğun olaraq, Allahın iradəsilə Məsih İsanın həvarisi olan Paveldən  əziz balam Timoteyə məktub. Atamız Allahdan və Ağamız Məsih İsadan gələn lütf, mərhəmət və sülh sənə yar olsun.  Dədə-babalarım kimi, təmiz vicdanla ibadət etdiyim Allaha şükürlər olsun. Səni durmadan, gecə-gündüz dualarımda yad edirəm,  göz yaşlarını yadıma saldıqca səni görüb sevinəcəyim vaxtı lap səbirsizliklə gözləyirəm.  Çünki səndəki riyasız imanı xatırlayıram. Əvvəlcədən nənən Loidada və anan Evnikidə yaşayan bu iman, əminəm ki, səndə də yaşayır.  Buna görə də əllərimi sənin üzərinə qoyduğum zaman Allahdan aldığın ənamı alovlandırmağı unutma.  Axı Allah bizə qorxaqlıq ruhu yox, güc, məhəbbət və sağlam düşüncə ruhu verib.  Buna görə də Ağamız haqqında şahidlik etməkdən utanma və onun uğrunda məhbus olan mənə görə xəcalət çəkmə. Allahın verdiyi gücün sayəsində xoş xəbərdən ötrü payına düşən əziyyətlərə sinə gər.  O, bizi xilas etdi və əməllərimizə görə yox, Öz niyyətinə və lütfünə görə bizi müqəddəs olmağa çağırdı. Bu lütf bizə əzəldən bəri Məsih İsa vasitəsilə göstərilmişdir, 10  ancaq indi Xilaskarımız Məsih İsanın zühuru ilə açılmışdır. O, ölümü aradan qaldırdı, xoş xəbər vasitəsilə həyata və çürüməzliyə nur saçdı. 11  Mən də bu xoş xəbərin müjdəçisi, həvarisi və müəllimi təyin edilmişəm. 12  Məhz buna görə də mən bütün əziyyətlərə qatlaşıram və bundan utanmıram. Çünki inandığım Şəxsi tanıyıram və əminəm ki, O, Hökm gününə kimi əmanətimi qorumağa qadirdir. 13  Sən isə Məsih İsa yolunda iman və məhəbbət göstərərkən məndən eşitdiyin sağlam sözlər nümunəsindən ayrılma. 14  Daxilimizdə yaşayan müqəddəs ruhun köməyi ilə bu gözəl əmanəti qoruyub saxla. 15  Bildiyin kimi, Asiya vilayətində hamı, o cümlədən Figel və Hermogen də məndən üz döndərib. 16  Qoy Rəbb Onisiforun ailəsinə mərhəmət göstərsin, çünki o, həbsdə olduğumdan utanmayıb tez-tez məni ruhlandırırdı. 17  O, Romada olanda məni axtarıb tapmışdı. 18  Qoy Rəbb Yehova Hökm günündə ona rəhm etsin. Onun Efesdə necə xidmət etdiyini isə məndən də yaxşı bilirsən.

Haşiyələr