Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Salonikililərə 3:1—18

3  Nəhayət, qardaşlar, bizim üçün daima dua edin ki, Yehovanın sözü sizdə olduğu kimi, hər yerdə də hörmətlə qarşılanıb sürətlə yayılsın.  Həmçinin diləyin ki, O, bizi pis və yaramaz adamlardan qorusun, axı hamı iman sahibi deyil.  Ağamız sədaqətlidir; o, sizi möhkəmləndirəcək və Şərirdən qoruyacaq.  Biz, Ağanın davamçıları isə əminik ki, siz tapşırılmış hər şeyə əməl edirsiniz və gələcəkdə də belə edəcəksiniz.  Qoy Ağamız Məsih bundan sonra da ürəyinizdə Allaha olan məhəbbəti böyütsün, yolunu davam etdirmək üçün sizə dözüm versin.  Qardaşlar, sizə Ağamız İsa Məsihin adı ilə əmr edirik ki, verdiyimiz təlimlərə əsasən davranmayıb nizam-intizamı pozan qardaşdan uzaq gəzəsiniz.  Siz bizdən necə nümunə götürməyi və bunun çox vacib olduğunu yaxşı bilirsiniz, çünki biz sizinlə olarkən nizam-intizama riayət etmişik.  Havayı yerə heç kəsin çörəyini yeməmişik. Əksinə, gecə-gündüz tər töküb zəhmət çəkmişik ki, heç birinizin boynunda ağır yük olmayaq.  Elə bilməyin ki, buna haqqımız yoxdur, xeyr, sizə örnək olmaq üçün belə etdik. 10  Sizin yanınızda olanda belə göstəriş vermişdik: «İşləmək istəməyən yemək də yeməsin». 11  Bizə xəbər çatıb ki, aranızda bəziləri nizam-intizamı pozur, əlini ağdan-qaraya vurmur, başqalarının işinə qarışır. 12  Belələrinə Ağamız İsa Məsihin adı ilə əmr edib tövsiyə edirik ki, başlarını aşağı salıb öz işləri ilə məşğul olsunlar və alın təri ilə qazandıqlarını yesinlər. 13  Qardaşlar, siz isə düzgün iş görməkdən yorulmayın. 14  Lakin kimsə bu məktubda dediklərimizə itaət etmirsə, onu gözdən qoymayın* və onunla yoldaşlıq etməyin. Qoy o, hərəkətinə görə xəcalət çəksin. 15  Bununla belə onu düşmən hesab etməyin, lakin qardaşınız olduğu üçün ona öyüd-nəsihət verin. 16  Qoy sülhün mənbəyi olan Ağamız daima sizə hər sahədə əmin-amanlıq versin. Qoy Ağamız sizinlə olsun. 17  Mən Pavel, hər məktubda olduğu kimi, salamlarımı öz əlimlə yazıb sizə çatdırıram. Bu, mənim nişanımdır. 18  Ağamız İsa Məsihin lütfü hamınıza yar olsun!

Haşiyələr

Yaxud «ona nəzarət edin»