Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Salonikililərə 2:1—17

2  Qardaşlar, Ağamız İsa Məsihin iştirakına və bizim onun yanına toplanmağımıza gəlincə isə sizdən bir xahişimiz var.  Xahiş edirik ki, guya Yehovanın gününün artıq gəldiyini iddia edən hər hansı bir vəhyə, xəbərə və guya bizdən gəlmiş məktuba görə təşvişə düşməyəsiniz və qoymayasınız ki, bu şayiələr ağlınızı belə asanlıqla çaşdırsın.  Qoy heç kəs sizi aldatmasın, çünki o gün gəlməzdən əvvəl, həqiqətə qarşı üsyan qalxmalı*, qanunsuzluq adamı, yəni həlaka məhkum edilmiş şəxs zühur etməlidir.  Bu düşmən «allah» deyilən hər kəsə və pərəstiş edilən hər bir şeyə qarşı çıxıb özünü yüksəldəcək, Allahın məbədində oturub özünü allah kimi qələmə verəcək.  Məgər yadınızda deyil ki, sizinlə olanda bunları sizə danışmışdım?  Öz vaxtı gələndə zühur edəcək bu adamın qabağını indi nə aldığını siz bilirsiniz.  Hərçənd bu qanunsuzluq artıq fəaliyyətdədir, ancaq indi onun qarşısını alan keçib gedənə qədər o, sirr olaraq qalacaq.  O vaxt qanunsuzluq adamı üzə çıxacaq, ancaq Ağamız İsa öz iştirakını nümayiş etdirərək ağzının hökmü ilə onu öldürüb yox edəcək.  Qanunsuzluq adamının iştirakı Şeytanın fəaliyyəti ilə, hər cür qüdrətli işlər, saxta əlamətlər və möcüzələrlə, 10  hər cür yalan və günahla müşayiət ediləcək və həlaka məhkum olunmuşlara təsir göstərəcək. Beləcə, xilas gətirən həqiqəti sevmədiklərinə görə o adamlar layiqli haqlarını alacaqlar. 11  Buna görə də Allah yol verir ki, yanlış fikir onlara təsir etsin və onlar yalana inansınlar. 12  Onlar həqiqətə inanmayıb günah işləməkdən həzz aldıqları üçün hamısı məhkum ediləcəklər. 13  Yehovanın sevimliləri, əziz qardaşlar, biz sizdən ötrü Allaha daima şükür etməyi özümüzə borc bilirik, axı Allah sizi əzəldən seçdi ki, müqəddəs ruhla paklanmağınız və həqiqətə olan inamınız sayəsində siz xilasa yetişəsiniz. 14  Ağamız İsa Məsihin calalına şərik olmaq üçün, O, təbliğ etdiyimiz bu xoş xəbər vasitəsilə sizə nicat yolunu açdı. 15  Buna görə də qardaşlar, mətin olun, istər şifahi tərzdə, istərsə də bizdən aldığınız məktub vasitəsilə öyrəndiklərinizə sadiq qalın. 16  Bundan əlavə, qoy Ağamız İsa Məsih və bizi sevib lütfü sayəsində bizə sonsuz təskinlik ilə misilsiz bir ümid bəxş etmiş Atamız Allah 17  ürəyinizə təsəlli versin, hər cür xeyirxah sözdə və əməldə dilinizə təpər, qolunuza qüvvət versin.

Haşiyələr

Yaxud «dönüklük baş qaldırmalı»