Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Salonikililərə 1:1—12

1  Pavel, Siluan və Timoteydən Atamız Allahla və Ağamız İsa Məsihlə vəhdətdə olan salonikililərin yığıncağına məktub.  Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.  Qardaşlar, sizdən ötrü hər zaman Allaha şükür etməyi özümüzə borc bilirik və bu, düzgün işdir, çünki sizin imanınız möhkəmlənir və hər birinizdə bir-birinizə duyduğunuz məhəbbət günü-gündən artır.  Buna görə də Allahın yığıncaqlarında sizinlə fəxr edirik, çünki bütün təqiblərə və çəkdiyiniz əziyyətlərə baxmayaraq, siz dözüm və inam göstərirsiniz.  Bu, Allahın ədalətli hakim olduğunun sübutudur və beləcə, siz, uğrunda əziyyət çəkdiyiniz Allahın padşahlığına layiq görüləcəksiniz.  Bəli, sizə zülm edənlərə əvəzini vermək,  əziyyət çəkən sizlərə isə bizimlə birlikdə rahatlıq vermək Allahın gözündə ədalətlidir. Bunlar Ağamız İsanın öz qüdrətli mələkləri ilə birlikdə göydən zühur edəcəyi vaxt baş verəcək.  O, od-alovla gəlib Allahı tanımayanlardan və Ağamız İsa haqqındakı xoş xəbərə itaət etməyənlərdən qisas alacaq.  Onlar Ağanın önündən rədd edilərək əbədi məhv cəzası çəkəcəklər və daha heç vaxt onun şanlı qüdrətini görməyəcəklər. 10  Bütün bunlar Ağamızın öz müqəddəsləri ilə birlikdə şöhrətlənmək və ona iman edənlərdə heyrət doğurmaq üçün gələcəyi gündə olacaq. Bəli, siz verdiyimiz şəhadətə iman gətirdiniz. 11  Buna görə də daima sizin üçün dua edirik ki, Allahımız sizi aldığınız dəvətə layiq bilsin, arzu etdiyi bütün yaxşılığı icra etmək və imanla gördüyünüz işləri tamamlamaq üçün qüdrəti ilə sizə dayaq olsun. 12  Beləliklə, Allahımızın və Ağamız İsa Məsihin lütfü sayəsində Ağamız İsanın adı sizin vasitənizlə şöhrətlənsin, siz də onunla bahəm şöhrətə yetişəsiniz.

Haşiyələr