Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Korinflilərə 9:1—15

9  O ki qaldı müqəddəslərə xidmət məsələsinə, məncə, bu haqda sizə yazmağa ehtiyac yoxdur.  Çünki hazır olduğunuzu bilirəm və artıq bir ildir ki, Axayyanın köməyə hazır olduğunu deyib makedoniyalıların qarşısında öyünürəm. Sizin qeyrətiniz onların əksəriyyətini həvəsləndirib.  Sizin hazır olacağınızı dəfələrlə söyləmişəm. Buna görə də sizinlə öyünməyimiz əbəs yerə olmasın deyə, hazır olun, çünki qardaşları yanınıza göndərirəm.  İşdir, makedoniyalılar mənimlə gəlib sizin hazır olmadığınızı görsələr, onda siz də, biz də bu arxayınlığımıza görə xəcalətli olarıq.  Ona görə də qardaşları təşviq etdim ki, qabaqcadan yanınıza gəlib daha əvvəl vəd etdiyiniz səxavətli bəxşişlə əlaqədar hazırlıq görsünlər. Onda hazırladığınız bu bəxşiş məcburi yox, əliaçıqlıqla verilmiş bəxşiş olacaq.  Bunu da deyim ki, simicliklə əkən az biçər, səxavətlə əkən isə bol biçər.  Qoy hər kəs könülsüz və ya məcburi deyil, ürəyində qət etdiyi kimi versin, axı Allah sevinclə verəni sevir.  Siz hər zaman zəruri ehtiyaclarınızla təmin olunub, nəyiniz varsa onunla qənaətlənərək hər yaxşı iş üçün zəngin olasınız deyə, Allah Öz lütfünü sizə bol-bol verməyə qadirdir.  (Axı yazılıb: «Səxavətlə payladı, yoxsullara verdi. Onun salehliyi əbədidir». 10  Əkənə toxumu, yeyənə çörəyi bolluca verən Allah sizə də əkməyə bolluca toxum verəcək və sizdə salehlik bəhrəsini çoxaldacaq.) 11  Hər sahədə əliaçıq olmağınız üçün sizə hər şeydə bolluca bərəkət verilir. Bu səxavətiniz bizim vasitəmizlə Allaha şükran gətirir, 12  çünki bu xidmətiniz müqəddəslərin ehtiyaclarını tam ödəməklə yanaşı, Allaha edilən şükürlərlə dolub-daşır. 13  Bu xidmətin verdiyi şəhadəti görənlər Allahı mədh edirlər. Çünki siz Məsih haqqındakı xoş xəbərə tabe olduğunuzu təbliğ edir, onlara və hər kəsə səxavətlə bəxşiş verirsiniz. 14  Onlar Allahın sizə hədsiz lütf göstərdiyini bilir və sizdən ötrü gecə-gündüz dua edir, həsrətinizi çəkirlər. 15  Bu füsunkar ənam üçün Allaha şükürlər olsun!

Haşiyələr