Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Korinflilərə 8:1—24

8  Qardaşlar, istəyirik ki, Allahın Makedoniyadakı yığıncaqlara göstərdiyi lütf haqqında xəbəriniz olsun.  Onlar əziyyətlərlə dolu ağır sınaqla üzləşərkən, yoxsul olmalarına baxmayaraq, hədsiz sevinc və böyük səxavət nümayiş etdirdilər.  Mən şahidəm ki, onlar gücləri çatanı etdilər, hətta artıqlaması ilə səxavət göstərdilər.  Onlar bizdən bəxşişlərini qəbul etməyi və müqəddəslərə xidmət etmək işinə layiq görülmələrini dönə-dönə xahiş edirdilər.  Onlar bizim gözlədiyimizdən artıq etdilər — özlərini əvvəlcə Ağamıza və sonra Allahın iradəsilə bizə həsr etdilər.  Biz bunu görəndə sizdə bəxşiş toplama işinin təməlini qoymuş Titusu təşviq etdik ki, həmin işi başa çatdırsın.  Siz isə hər şeydə: imanda, sözdə, bilikdə, şövqdə və sizə qarşı olan məhəbbətimizdə zəngin olduğunuz kimi, bu bəxşiş işində də səxavətli olun.  Bunu sizə əmr kimi demirəm. Başqalarının şövqünü görüb sizin məhəbbətinizin səmimiliyini sınamaq istəyirəm.  Ağamız İsa Məsihin göstərdiyi lütfü bilirsiniz. O, varlı olduğu halda sizin uğrunuzda yoxsul oldu ki, siz onun yoxsulluğu sayəsində varlanasınız. 10  Bu barədə öz fikrimi söyləmək istərdim: bu işin sizə xeyri dəyəcək, xüsusən də ona görə ki, siz artıq bir il əvvəl bu işə böyük həvəslə başlamışdınız. 11  İndi isə başladığınız işi imkanınız daxilində tamamlayın ki, işinizdə həvəslə yanaşı nəticə də görünsün. 12  Ürəkdən verilən bəxşiş Allaha xüsusilə xoşdur, çünki O, insandan gücü çatanı gözləyir, gücü çatmayanı yox. 13  Bu o demək deyil ki, başqalarına asan, sizə isə çətin olmalıdır. 14  Qoy indi sizdəki bolluq onlardakı əskikliyi doldursun, lazım gələndə, onlardakı bolluq da sizdəki əskikliyi dolduracaq və beləcə, bərabərlik olacaq. 15  Məhz belə də yazılıb: «Çox yığanın artığı, az yığanın əskiyi yox idi». 16  Allaha şükür olsun ki, O, sizdən ötrü Titusun ürəyinə belə bir həvəs qoydu. 17  O, doğrudan da, təşviqimizə hay verdi; işə can yandıran adam olduğu üçün öz istəyi ilə yanınıza gəlir. 18  Xoş xəbərlə bağlı gördüyü işlərinə görə bütün yığıncaqlarda yaxşı ad qazanmış bir qardaşı da onunla birlikdə göndəririk. 19  Həmçinin o, yığıncaqlar tərəfindən seçilib ki, Rəbbi şöhrətləndirməyə və köməyə hazır olduğumuzu göstərmək üçün bu bəxşiş xidməti işində bizə yoldaş olsun. 20  Buna görə də əliaçıqlıqla verilmiş bu bəxşişləri toplayıb lazımi yerə çatdırmaq işində elə hərəkət edirik ki, bizdə nöqsan tapılmasın. 21  Çünki biz «təkcə Yehovanın gözündə yox, insanların gözündə də hər cəhətdən dürüst olmağa çalışırıq». 22  Onlarla bir yerdə yanınıza daha bir qardaşımızı da göndəririk. Biz onun bir çox şeydə çalışqanlığının dəfələrlə şahidi olmuşuq. O, sizdən tam arxayın olduğu üçün indi daha çox can yandırır. 23  O ki qaldı Titusa, o, sizin xeyriniz üçün zəhmət çəkən yoldaşım və əməkdaşımdır, o biri qardaşlar isə yığıncaqların elçiləri* və Məsihin iftixarıdırlar. 24  Belə isə məhəbbətinizin saflığını və sizinlə nahaqdan fəxr etmədiyimizi yığıncaqlar qarşısında onlara göstərin.

Haşiyələr

Hərfən «həvariləri»