Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Korinflilərə 7:1—16

7  Beləliklə, əzizlərim, bizə verilmiş vədlərin müqabilində gəlin bədəni və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək.  Ürəyinizdə bizə yer verin. Bizim heç kəsə pisliyimiz dəyməyib, heç kəsi yoldan çıxarmamışıq, heç kəsdən öz mənfəətimiz üçün istifadə etməmişik.  Bu sözlər sizi mühakimə etmək üçün deyil. Dediyim kimi, yaşasaq da, ölsək də siz həmişə qəlbimizdə qalacaqsınız.  Mən həmişə sizinlə açıq danışmışam. Sizinlə böyük fəxr duyuram. Ürəyim rahatdır. Çəkdiyimiz əziyyətlərə baxmayaraq, sevincim aşıb-daşır.  Doğrusu, biz Makedoniyaya gələndə rahatlıq tapmadıq, hər tərəfdən çətinlik çəkdik: çöldə mübarizə, daxildə qorxu.  Lakin məzlumlara təskinlik verən Allah bizə Titusun gəlişi ilə təsəlli verdi.  Təkcə onun gəlişi yox, sizdən ötrü xatircəm olması da bizə təskinlik gətirdi. O, bizə həsrətimi çəkdiyinizi, kədər içində olduğunuzu və mənimlə ürəkdən maraqlandığınızı danışdı. Bu məni lap sevindirdi.  Əgər məktubum sizi kədərləndirdisə, buna heç peşman deyiləm. Əvvəlcə peşman oldum (görürəm, məktubumdan kədərləndiniz, hərçənd bu kədər çox sürmədi),  ancaq indi sevinirəm, ona görə yox ki, siz kədərləndiniz, xeyr, bu kədərin sizi tövbəyə apardığı üçün sevinirəm. Çünki kədəriniz Allaha məqbuldur və beləcə, siz bizdən heç bir zərər görməyəcəksiniz. 10  Allaha məqbul kədər əvvəlcə tövbəyə, sonra isə xilasa aparır və buna görə peşman olmağa dəyməz. Dünyaya xas kədər isə ölüm törədir. 11  İndi görün Allaha məqbul kədər sizdə necə qətiyyət yaratdı! Bu sizdə təmizlik, hiddət, Allah qorxusu, istək, qeyrət və islah doğurdu. Siz bu məsələdə hər cəhətdən ismətli olduğunuzu göstərdiniz. 12  Mən o məktubu sizə günah işləyəndən ötrü, ya da haqsızlığa məruz qalan adamdan ötrü yazmamışdım. Məqsədim o idi ki, bizə itaət etmək qətiyyətinizi Allahın qarşısında nümayiş etdirəsiniz. 13  Bax bütün bunlar bizə təsəlli gətirdi. Aldığımız təsəlli ilə yanaşı, bizi Titusun duyduğu sevinc də şadlandırdı, çünki sizin sayənizdə onun ruhu təzələndi. 14  Onun yanında sizinlə fəxr etmişəm, siz də mənim üzümü ağ etdiniz. Sizə danışdığımız şeylər həqiqət olduğu kimi, Titusun yanında sizinlə fəxr etməyimiz də əbəs deyilmiş. 15  Titus sizin itaətinizi, onu necə böyük ehtiramla qəbul etdiyinizi xatırlayanda sizə duyduğu məhəbbəti birə-beş artır. 16  Mən də sizə görə hər cəhətdən ruhlandığıma çox sevinirəm.

Haşiyələr