Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Korinflilərə 6:1—18

6  Biz Onunla birlikdə çalışaraq həm də sizə yalvarırıq: Allahın lütfünü alandan sonra elə yaşayın ki, bu lütf hədər getməsin.  Çünki O, belə deyir: «İltifat vaxtı səni eşitdim və xilas günü sənə kömək etdim». Məhz indi iltifat vaxtıdır! İndi xilas günüdür!  Xidmətimizdə qüsur tapılmasın deyə, biz iman yolunda kimisə büdrədən bir iş görmürük,  özümüzü hər cəhətdən Allahın xidmətçiləri kimi göstəririk: hədsiz dözümdə, əzab-əziyyətdə, ehtiyac içində olanda, çətinliklərlə üzləşəndə,  döyüləndə, həbsxanalarda, iğtişaşlarda, zəhmətə qatlaşanda, yuxusuz gecələrdə, ac qalanda,  paklıqla, biliklə, səbirlə, xeyirxahlıqla, müqəddəs ruhla, riyasız məhəbbətlə,  doğru sözlərlə, Allahın gücü ilə, sağ və sol əldə salehlik silahlarını tutmaqla,  şərəfdə və hörmətsizlikdə, tənqiddə və tərifdə. Bizi fırıldaqçı sayırlar, amma biz dürüst adamlarıq,  sanki naməlumuq, amma tanınırıq; sanki ölürük, amma baxın, sağ-salamatıq; sanki cəza çəkirik, amma ölümə məhkum edilməmişik; 10  sanki kədərliyik, amma həmişə sevinirik; sanki yoxsuluq, amma çoxlarını varlandırırıq; sanki heç nəyimiz yoxdur, amma hər şeyə sahibik. 11  Ey korinflilər! Biz sizinlə açıq danışırıq, ürəyimiz genişdir. 12  Qəlbimizdə sizin üçün çox yer var, amma sizin qəlbinizdə yerimiz darısqaldır. 13  Bunun müqabilində (sizə bir övladım kimi müraciət edirəm) siz də ürəyinizi genişləndirin. 14  İmansızlarla eyni boyunduruğa girməyin. Axı salehliklə qanunsuzluq arasında nə əlaqə ola bilər? Yaxud nurla zülmət arasında nə əlaqə ola bilər? 15  Məsihlə Belial arasında nə uyğunluq ola bilər? Yaxud imanlı ilə imansızın şərikli nəyi ola bilər? 16  Allahın məbədinin bütlərlə ortaq nəyi ola bilər? Biz var olan Allahın məbədiyik. Allah Özü belə deyib: «Mən onların arasında yaşayacağam və aralarında gəzəcəyəm. Mən onların Allahı olacağam, onlar da Mənim xalqım olacaqlar». 17  «Yehova belə deyir: “Buna görə də onların arasından çıxın, ayrılın və bir də murdar şeylərə toxunmayın”»; «və Mən sizi qəbul edəcəyəm». 18  «Qadir Allah Yehova belə deyir: “Mən sizə Ata olacağam, siz isə Mənim oğullarım və qızlarım olacaqsınız”».

Haşiyələr