Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Korinflilərə 5:1—21

5  Biz bunu bilirik ki, yerdəki məskənimiz, bu çadır dağılanda Allah bizə göylərdə bir bina, əllə tikilməmiş əbədi bir ev verəcək.  Çünki biz bu məskəndə inildəyirik və göydə bizim üçün hazırlanmış məskənə bürünməyi həsrətlə gözləyirik ki,  ona bürünüb çılpaq qalmayaq.  Bu çadırda olan bizlər bu yükün ağırlığı altında inildəyirik; biz onu əynimizdən çıxarmaq yox, başqasına bürünmək istəyirik ki, həyat bu faniliyi yox etsin.  Bizi bunun üçün hazırlayan və gələcəyə zəmanət kimi bizə Öz ruhunu verən isə Allahdır.  Buna görə də biz həmişə cəsarətliyik və bir şeyi yaxşı bilirik: nə qədər ki, məskənimiz bu bədəndədir, biz Ağamızdan ayrı qalacağıq.  Çünki biz görünən şeylərə yox, imana əsaslanaraq yaşayırıq.  Bəli, biz cəsarətliyik və artıq cismani bədəndə yox, Ağamızın yanında yaşamağı arzulayırıq.  Buna görə də istər Ağamızın yanında yaşayaq, istər ondan uzaqda, əsas odur ki, Ağamıza məqbul həyat sürək. 10  Çünki biz hamımız Məsihin hökm kürsüsü önündə duracağıq. Onda hər kəs bədəndə yaşayarkən gördüyü pis, yaxud yaxşı əməllərinin haqqını alacaq. 11  Ağamızın qarşısında məsuliyyətimizi* dərk edib insanları inandırıcı dəlillər vasitəsilə öyrədirik; Allah bizi çox gözəl tanıyır. Ümidvaram, siz də təmiz vicdanla deyə bilərsiniz ki, bizi yaxşı tanıyırsınız. 12  Biz özümüzü yenidən təqdim etmirik, amma sizə bizimlə fəxr etmək imkanı veririk ki, ürəkdəki şeylərlə yox, zahiri görünüşlə öyünənlərə cavab verə biləsiniz. 13  Əgər elə düşünürsünüz ki, ağlımızı itirmişik, bu, Allah üçündür. Yox əgər ağlımız başımızdadırsa, bu, sizdən ötrüdür. 14  Bizə təkan verən qüvvə Məsihin məhəbbətidir. Biz belə bir qənaətə gəldik: hamı ölü vəziyyətdə olduğu üçün bir nəfər hamı üçün öldü. 15  O, hamıdan ötrü öldü ki, yaşayanlar artıq özləri üçün deyil, onların uğrunda ölüb dirilmiş şəxs üçün yaşasınlar. 16  İndən belə biz heç kəsi cismani baxımdan tanımayacağıq. Hətta əvvəllər Məsihi cismani baxımdan tanımışıqsa, indi bu cür tanımırıq. 17  Beləliklə, əgər kimsə Məsihlə vəhdətdədirsə, o, yeni məxluqdur, köhnə şeylər keçib getdi, yeni şeylər peyda oldu. 18  Ancaq hər şey Allahdandır. Allah Məsih vasitəsilə bizi Özü ilə barışdırdı və bizə barışıq xidmətini həvalə etdi, 19  yəni Allah bəşəriyyətin günahlarını üzə vurmadan Məsih vasitəsilə dünyanı Özü ilə barışdırdı. Bu barışıq sözünü də bizə həvalə etdi. 20  Beləliklə, biz Məsihin adından xidmət edən səfirlərik və sanki Allah bizim vasitəmizlə insanlardan rica edir. Biz Məsihin adından yalvarırıq: «Allahla barışın». 21  O, günahsızı bizdən ötrü günah qurbanı etdi ki, biz onun sayəsində Allahın gözündə saleh olaq.

Haşiyələr

Hərfən «qorxunu»