Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Korinflilərə 4:1—18

4  Bizə göstərilən mərhəmət sayəsində görün necə xidmətimiz var, buna görə də biz ruhdan düşmürük.  Biz gizlində görülən abırsız işləri rədd edir, hiyləgərliklə hərəkət etmir, Allahın sözünə heç nə qatmırıq, əksinə, insanlara həqiqəti açıb Allahın qarşısında hər insanın vicdanı üçün yaxşı örnək oluruq.  Əgər təbliğ etdiyimiz xoş xəbər örtülüdürsə, məhv yolunda olanlar üçün örtülüdür.  Bu dövrün allahı bu imansızların zehnini kor edib ki, onlar Allahın inikası olan Məsih haqqındakı şanlı xoş xəbərin nurunu görməsinlər.  Biz təbliğ edəndə özümüz haqqında yox, Məsih İsanın Ağa olması, bizim də onun xatirinə sizin qulunuz olduğumuz barəsində təbliğ edirik.  Çünki Allah belə buyurub: «Qoy zülmətdə işıq parlasın». Allah ürəyimizə işıq saçdı və ürəyimizi Özü haqqındakı şanlı biliklə və Məsihin üzü ilə nurlandırdı.  Ancaq bu xəzinəmiz ona görə saxsı qablarda saxlanılır ki, insan gücündən üstün olan qüdrətin özümüzdən yox, Allahdan gəldiyi bəlli olsun.  Bizi hər tərəfdən sıxışdırırlar, amma divara dirəməyiblər; çaşqınlıq içindəyik, amma vəziyyətimiz çıxılmaz deyil;  bizi təqib edirlər, amma darda qalmamışıq; bizi yıxırlar, amma məhv edilməmişik. 10  Biz həmişə, hara getsək bədənimizdə İsanın ölümünə bais olmuş rəftara məruz qalırıq ki, onun həyatı da bədənimizdə bəlli olsun. 11  Bəli, İsanın həyatı bizim fani bədənimizdə bəlli olsun deyə, sağ olan bizlər İsaya görə daima ölümlə üz-üzə dururuq. 12  Buna görə də ölüm bizdə, həyat isə sizdə fəaliyyət göstərir. 13  Belə yazılıb: «Mən iman etdim, buna görə də danışdım»; biz də eyni iman ruhuna sahib olduğumuz üçün iman edib danışırıq 14  və bilirik ki, İsanı dirildən Allah onu diriltdiyi kimi, bizi də dirildib sizinlə bərabər Öz hüzuruna gətirəcək. 15  Hər şey sizin üçündür. Təki Allahın zəngin lütfü daha çox adamın şükür etməsi sayəsində daha da bol olsun və beləcə, Allah şərəflənsin. 16  Buna görə də biz ruhdan düşmürük, zahirən solsaq da, daxilən günbəgün yeniləşirik. 17  Çünki çəkdiyimiz qısamüddətli və yüngül əziyyətlər bizə daha böyük və əbədi şöhrət gətirəcək. 18  Biz görünən yox, gözlə görünməyən şeylərə baxırıq, çünki görünən şeylər müvəqqəti, gözlə görünməyən şeylər isə əbədidir.

Haşiyələr