Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Korinflilərə 3:1—18

3  Özümüzü yenidən təqdim etməyə lüzum varmı? Yoxsa bəziləri kimi, sizə bizdən, yaxud bizə sizdən zəmanət məktubları lazımdır?  Siz özünüz ürəyimizdə həkk edilmiş, hamının tanıdığı və oxuduğu məktubumuzsunuz.  Sizin biz xidmətçilər tərəfindən yazılmış Məsihin məktubu olduğunuz göz qabağındadır. Siz mürəkkəblə deyil, var olan Allahın ruhu ilə, daş kitabələrə yox, ətdən olan kitabələrə, yəni ürəklərə yazılmış məktubsunuz.  Bəli, biz Məsih vasitəsilə Allahın qarşısında bunu qətiyyətlə deyə bilərik.  Bu o demək deyil ki, biz bu işə öz-özümüzdən yararlıyıq, xeyr, yararlığımız Allahdandır.  O, bizi yeni əhdin xidmətçiləri olmağa yararlı etdi. Biz yazılı qanunun yox, ruhun xidmətindəyik. Çünki yazılı qanunlar toplusu ölümə məhkum edir, ruh isə həyat verir.  Ölüm hökmü gətirən, daş üzərində hərflərlə həkk edilmiş qanunlar toplusu calalla gəldi, elə bir calalla ki, İsrail oğulları Musanın çöhrəsindən yağan nura görə onun üzünə baxa bilmirdilər. Bir azdan aradan qaldırılacaq bu calal belə möhtəşəm idisə,  məgər ruhun xidmətindəki calal daha möhtəşəm olmamalıdır?  Əgər məhkumiyyətə qulluq edən qanunlar toplusu bu qədər şanlı idisə, görün salehlik xidmətində nə qədər şan-şöhrət var! 10  Vaxtilə şan-şöhrət sahibi olan qanunlar toplusu, ondan qat-qat üstün şöhrətə görə şan-şöhrətini itirib. 11  Çünki sonralar aradan qaldırılacaq qanunlar toplusu bu cür calalla gəldisə, görün daima qalan əhddə nə qədər calal olacaq! 12  İndi ki, belə ümidimiz var, biz böyük cəsarətlə danışırıq. 13  Biz Musa kimi etmirik; İsrail oğulları aradan qaldırılacaq qanunlar toplusunun axırına baxmasınlar deyə o, üzünü örtürdü. 14  Lakin onların zehni kütləşmişdi. Çünki köhnə əhd oxunanda o örtük bu günə kimi onların zehnini örtür, çünki onu ancaq Məsih vasitəsilə qaldırmaq mümkündür. 15  Bəli, bu gün də Musanın yazıları oxunanda onların ürəyi örtülüdür. 16  Ancaq ürək Yehovaya sarı dönəndə örtük qaldırılır. 17  Yehova Ruhdur*. Yehovanın ruhu haradadırsa, orada azadlıq var. 18  Biz hamımız açıq üzlə Yehovanın calalını güzgü kimi əks etdirməklə Onun bənzəri səviyyəsinə çatanadək calal üstündən calal qazanaraq dəyişirik. Bunu, ruhani Şəxsiyyət olan Yehova mükəmməl şəkildə edir.

Haşiyələr

Yəni Ruhani Şəxsiyyətdir