Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Korinflilərə 2:1—17

2  Belə qərara gəlmişəm ki, bir də yanınıza qəmgin halda gəlməyim.  Əgər mən sizi kədərləndirsəm, onda kədərə qərq etdiyim sizlərdən başqa kim məni sevindirər?  Sizə elə onun üçün yazdım ki, yanınıza gələndə məni sevindirəsi insanlara görə kədərlənməyim, çünki əminəm, mənim sevincim sizin hamınızın sevincinə səbəbdir.  Mən sizə çoxlu əzab, ürək ağrısı və göz yaşları ilə yazdım. Ancaq sizi kədərləndirmək üçün yazmırdım, əksinə, istəyirdim ki, sizi nə qədər sevdiyimi biləsiniz.  Əgər kimsə kədərə səbəb olubsa, o, məni yox, müəyyən dərəcədə sizin hamınızı kədərləndirib. Amma bu barədə çox danışıb sizi üzmək istəmirəm.  Əksəriyyətin məzəmməti belə adama kifayət edər.  Buna görə də indi siz onu ürəkdən bağışlayın və ona təsəlli verin ki, o, həddən ziyadə kədərlənib üzülməsin.  Sizdən rica edirəm, onu sevdiyinizə inandırın.  Mən həm də ona görə yazıram ki, hər məsələdə itaətkar olub-olmadığınızı dəqiqləşdirə bilim. 10  Kiminsə səhvini ürəkdən bağışlayırsınızsa, əmin olun ki, mən də onu ürəkdən bağışlayıram. Mən də öz növbəmdə hər necə səhv olursa olsun, ürəkdən bağışlamışamsa, bunu Məsihin önündə sizdən ötrü etmişəm ki, 11  Şeytanın toruna düşməyək, axı biz onun fəndlərindən bixəbər deyilik. 12  Mən Məsih haqqındakı xoş xəbəri bəyan etməkdən ötrü Troasa gələndə qarşımda Ağamıza xidmət üçün qapı açıldı. 13  Qardaşım Titusu tapmadığım üçün ürəyim narahat idi. Şagirdlərlə vidalaşıb Makedoniyaya yola düşdüm. 14  Bizi həmişə Məsihlə birlikdə təntənəli yürüşdə aparan və Özü haqqındakı ətir saçan biliyi bizim vasitəmizlə hər yerdə yayan Allaha şükürlər olsun! 15  Çünki biz istər xilas, istər məhv yolunda olanlar arasında Allah üçün Məsihin xoş ətriyik. 16  Bu ətir sonuncular üçün ölümə aparan, birincilər üçünsə həyat gətirən ətirdir. Bu xidmətə kim yararlıdır? 17  Biz! Çünki biz bir çoxları kimi, Allahın sözünün alverçiləri deyilik. Bizi Allah göndərib və biz Allahın gözü qarşısında Məsihlə vəhdətdə təmiz niyyətlə danışırıq.

Haşiyələr