Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Korinflilərə 13:1—14

13  Artıq üçüncü dəfədir yanınıza gəlməyə hazırlaşıram. «Hər məsələ iki və ya üç şahidin dili ilə təsdiq olunmalıdır».  İndi sizdən uzaqda olsam da, sözlərimi qəbul edin, elə bilin ki, yanınıza ikinci gəlişimdir. Əvvəllər də dediyim kimi, günah işləmiş adamları və başqalarını xəbərdar edirəm: əgər yenə gəlsəm, rəhm etməyəcəyəm.  Çünki siz Məsihin mənim vasitəmlə danışıb-danışmadığına aid sübut axtarırsınız. Məsih sizə münasibətdə zəif deyil, əksinə, qüdrətlidir.  Düzdür, o, zəif ikən dirəyə mıxlandı, lakin Allahın gücü sayəsində indi sağdır. Məsih o vaxt zəif olduğu kimi, biz də zəifik, lakin Allahın sizə qarşı fəaliyyətdə olan gücü sayəsində onunla birlikdə yaşayacağıq.  İman yolunda olub-olmadığınızı daima yoxlayın, özünüzü sınayın. Yoxsa İsa Məsihin sizinlə vəhdətdə olduğunu dərk etmirsiniz? Məsih sizinlə vəhdətdədir, bu şərtlə ki, Allahın rəğbətini itirməyəsiniz.  Ümidvaram ki, Allahın rəğbətini itirmədiyimizi biləcəksiniz.  Allahdan diləyirik ki, siz heç bir səhvə yol verməyəsiniz. Mənim üçün əsas o deyil ki, bizi yaxşı ad qazanmış adam hesab etsinlər, biz Allahın gözündən düşən adam kimi görünsək belə, təki siz düzgün davranasınız.  Biz həqiqətin əleyhinə heç nə edə bilmərik, nə etsək, həqiqətin xeyrinə edə bilərik.  Biz zəif, siz isə güclü olanda həmişə sevinirik və dua edirik ki, ehtiyac duyulan sahələri düzəldəsiniz. 10  Bunları sizdən uzaqda olarkən yazıram ki, yanınıza gələndə Ağamızın mənə verdiyi ixtiyara əsaslanıb sizinlə sərt davranmayım. Axı o, mənə imanı yıxmaq yox, möhkəmləndirmək səlahiyyəti verib. 11  Beləliklə, qardaşlar, daima sevinin, düşüncənizi düzəldin, bir-birinizə təsəlli verin, həmfikir olun, aranızda mehribanlıq olsun; onda məhəbbət və sülh Allahı da sizinlə olacaq. 12  Bir-birinizi saf öpüşlə salamlayın. 13  Bütün müqəddəs qardaşlar sizə salamlarını göndərirlər. 14  Ağamız İsa Məsihin lütfü, Allahın məhəbbəti və müqəddəs ruhdan aldığınız pay hamınıza yar olsun.

Haşiyələr