Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Korinflilərə 10:1—18

10  Deyilənlərə görə, aranızda olarkən gözə çarpmayan, uzaqda ikən sizinlə cəsarətli olan mən Pavel, Məsihin həlimliyi və xeyirxahlığı ilə sizə yalvarıram.  Rica edirəm, elə davranın ki, yanınıza gələndə sizinlə sərt olmayım, insan prinsiplərinə görə hərəkət etdiyimizi hesab edən bəzilərinə qarşı sərt ölçü götürməyim.  Biz bu dünyada yaşasaq da, insan prinsiplərinə əsaslanaraq döyüşmürük.  Biz insan silahları ilə yox, Allahın sayəsində güclü istehkamları yıxmağa qadir olan silahlarla döyüşürük.  Biz Allah haqqındakı biliyə qarşı çıxan hər cür yanlış fikri və maneəni aradan qaldırırıq, hər cür fikri əsir alıb Məsihə tabe etdiririk.  Biz hazır durmuşuq ki, siz itaətinizi tam göstərən kimi, hər cür itaətsizliyi cəzalandıraq.  Siz zahirə baxırsınız. Əgər kimsə Məsihə məxsus olduğuna əmindirsə, qoy bilsin ki, onun kimi, biz də Məsihə məxsusuq.  Ağamız bizə sizi yıxmaq yox, möhkəmləndirmək ixtiyarı verib. Bu ixtiyarla bir az çox öyünmüşəmsə, yenə də utanmıram.  Elə bilməyin ki, məktublarımla sizi qorxutmaq fikrindəyəm. 10  Misal üçün, bəziləri belə deyirlər: «Onun məktublarında zəhm və qüvvə var, di gəl görkəmi fağır, nitqi sönükdür». 11  Bu cür fikirləşən qoy bilsin ki, göndərdiyimiz məktublarda necəyiksə, sizinlə olarkən əməldə də elə olacağıq. 12  Biz özünü öyən bəziləri ilə eyni səviyyədə olmağa, yaxud özümüzü onlarla müqayisə etməyə cürət etmirik. Əlbəttə, özlərinə öz ölçüləri ilə qiymət verən və özlərini bir-biri ilə müqayisə edən bu adamlar düşüncəsizdirlər. 13  Biz isə öyünərkən həddi aşmayacağıq və Allahın bizim üçün ayırdığı və sizə qədər uzanan fəaliyyət sahəsinin çərçivəsindən kənara çıxmayacağıq. 14  Biz bu çərçivədən kənara çıxmırıq, axı sizə çatmışıq, bəli, Məsih haqqındakı xoş xəbəri təbliğ edə-edə sizə birinci biz çatmışıq. 15  Bizə ayrılmış çərçivədən kənara çıxıb, başqasının zəhməti ilə öyünmürük. Əksinə, ümid edirik ki, imanınız gücləndikcə, bizə ayrılmış fəaliyyət sahəsində gördüyümüz işin sayəsində hörmətimiz gözünüzdə birə-beş qalxacaq. O zaman biz daha da ucalacağıq və 16  xoş xəbəri sizdən o tərəfdəki diyarlara da təbliğ edəcəyik ki, artıq başqasının becərdiyi sahədə öyünməyək. 17  «Öyünən qoy Yehova ilə öyünsün». 18  Çünki öz-özünü təqdim edən adam bəyənilmir, Yehovanın təqdim etdiyi adam bəyənilir.

Haşiyələr