Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Korinflilərə 1:1—24

1  Allahın iradəsilə Məsih İsanın həvarisi olan Paveldən və qardaşımız Timoteydən Allahın Korinfdəki yığıncağına, habelə Axayya əyalətinin hər yerində yaşayan bütün müqəddəslərə məktub.  Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.  Ağamız İsa Məsihin Atası Allaha şükürlər olsun. O, mərhəmətli Ata və hər cür təsəlli Allahı olub  hər dərdimizdə bizə təsəlli verir. Biz də Ondan aldığımız təsəlli vasitəsilə müxtəlif cür dərdi olanlara təskinlik gətirə bilirik.  Məsih yolunda əziyyətlərimiz çox olsa da, onun vasitəsilə bol təsəlli tapırıq.  Çətinliklərlə qarşılaşsaq da bu, sizin təsəlli tapmağınız və xilasınız üçündür. Bizə təsəlli verirlərsə, yenə də bu, sizin təsəlli tapmağınız üçündür. Siz bu təsəlli sayəsində bizim çəkdiyimiz əziyyətlərə bənzər əziyyətlərə dözə biləcəksiniz.  Beləliklə, bizimlə əziyyətlərə şərik olduğunuz kimi, təsəlliyə də şərik olacağınızı bilərək əminik ki, sizinlə bağlı ümidimiz boşa çıxmayacaq.  Qardaşlar, sizi Asiya* vilayətində başımıza gələn bəladan bixəbər qoymaq istəmirik. Biz son dərəcə təhlükəli vəziyyətdə idik. Bu çətinliyə öz gücümüzlə tab gətirə bilmirdik və hətta sağ qalacağımıza da ümid etmirdik.  Elə hiss yaranmışdı ki, sanki bizə ölüm hökmü kəsilib. Ancaq bu ona görə baş verdi ki, biz özümüzə yox, ölüləri dirildən Allaha bel bağlayaq. 10  O, bizi nə az, nə çox, ölümdən qurtardı və bundan sonra da qurtaracaq. Bəli, biz ümid edirik ki, Allahımız bizi bundan sonra da təhlükələrdən qurtaracaq. 11  Siz də hərarətli dualarınızla bizə kömək edə bilərsiniz ki, bir çoxlarının duası sayəsində bizə göstərilən lütfdən ötrü yenə də bir çoxları bizə görə Allaha şükür etsinlər. 12  Təmiz vicdanla deyə bilərik ki, biz bu dünyada, ələlxüsus da sizə qarşı insan müdrikliyi ilə deyil, Allahın lütfü ilə, paklıqla və Allahdan öyrəndiyimiz səmimiliklə davranmışıq və bununla fəxr edirik. 13  Əslində biz sizə yeni bir şey yazmırıq. Yazdıqlarımızı yaxşı bilir və qəbul edirsiniz, ümidvaram, axıra qədər də qəbul edəcəksiniz. 14  Necə ki, biz Ağamız İsanın günündə sizinlə fəxr edəcəyik, sizlərdən də bəziləri dərk edir ki, bizimlə fəxr edə bilər. 15  Mən bu etimadla sizə ikinci dəfə sevinc bəxş etmək üçün yanınıza gəlmək niyyətində idim. 16  Səfərimə qısa fasilə verib yanınızda qalmaq, sonra Makedoniyaya yola düşmək, oradan yenə yanınıza qayıtmaq fikrindəydim, istəyirdim məni Yəhudeyaya ötürəsiniz. 17  Sizcə, bu niyyətlərimdə qeyri-ciddi bir şey var idi? Məgər mən niyyətlərini kefi istəyən vaxt həyata keçirən adama oxşayıram? «Bəli, bəli» deyib, dərhal sonra «yox, yox» deyirəm? 18  Necə ki, Allaha güvənirsiniz, eləcə də əmin ola bilərsiniz ki, biz sizə nə isə söyləyəndə eyni vaxtda həm «bəli», həm «yox» demirik. 19  Çünki Siluan, Timotey və mənim vasitəmlə sizə təbliğ edilən Allahın Oğlu Məsih İsa gah «bəli», gah «yox» olmadı. Onun «bəli»si, doğrudan da, «bəli» oldu. 20  Allah nə vəd edibsə, bu vədlərin hamısı onun sayəsində «bəli» oldu. Məhz onun vasitəsilə biz də Allahı mədh edib «Amin» deyirik. 21  Sizin də, bizim də Məsihə məxsus olduğumuza zəmanət verən və bizi məsh etmiş Şəxs Allahdır. 22  O, bizi möhürlədi və bizə* gələcəkdə alacağımız mükafatın zəmanətini, yəni müqəddəs ruhu verdi. 23  Allah şahiddir ki, sizə yazığım gəldiyi üçün indiyədək Korinfə gəlmirdim. 24  Bu o demək deyil ki, biz sizin imanınız üzərində ağalıq edirik, xeyr, siz öz imanınız sayəsində mətin dayanmısınız, biz isə sevinciniz üçün sizinlə əməkdaşlıq edirik.

Haşiyələr

Yunan Müqəddəs Yazılarında «Asiya vilayəti» ifadəsi altında Asiya qitəsi yox, Roma imperiyasının bir əyaləti nəzərdə tutulur. Həmin ərazidə hal–hazırda Türkiyə yerləşir
Hərfən «ürəyimizə»