Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Peter 5:1—14

5  Mən bir ağsaqqal kimi, Məsihin əzablarının şahidi və bəlli olacaq şöhrətə şərik olaraq, aranızdakı ağsaqqallardan rica edirəm:  Allahın sizə əmanət etdiyi sürünü otarın və bunu zorla yox, könül xoşluğu ilə, haqsız qazanca sevgidən yox, canla-başla edin.  Allahın əmanəti üzərində ağalıq etməyin, əksinə, sürüyə nümunə olun.  Baş çoban zühur edəndə sizə solmaz şöhrət çələngi veriləcək.  Ey cavanlar! Ağsaqqallara tabe olun. Hamınız bir-birinizlə münasibətdə təvazökar* olun, çünki Allah məğrurlara qarşı çıxır, təvazökarlara isə lütf göstərir.  Beləliklə, təvazökar olub qüdrətli Allaha boyun əyin*. Vaxtı gələndə O, sizi ucaldacaq.  Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, sizin qeydinizə qalır.  Ayıq-sayıq olun, oyaq durun. Düşməniniz İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır.  Güclü imanla ona müqavimət göstərin və bilin ki, dünyadakı bütün qardaşlarınız da eyni əzablara qatlaşırlar. 10  Sizi Məsihlə vəhdətdə əbədi şöhrətinə çağıran, lütfdən doğan bütün ənamların mənbəyi Allah, siz qısa müddət əzab çəkdikdən sonra, təliminizi başa çatdıracaq, sizi qətiyyətli edəcək və qüvvətləndirəcək. 11  Qüdrət əbədiyyət boyu Onun olsun! Amin. 12  Bu bir neçə kəlməni sizi ruhlandırmaq və Allahın həqiqi lütfü barəsində canla-başla şəhadət vermək üçün sədaqətinə əmin olduğum qardaşımız Siluanın vasitəsilə yazdım. Bu lütfü heç vaxt itirməyin. 13  Sizin kimi, seçilmişlərdən olan Babildəki xanım* və oğlum Mark sizə salam göndərirlər. 14  Bir-birinizi qardaşlıq məhəbbəti ilə öpüb salamlayın. Ey Məsihlə vəhdətdə olanlar, hamınıza sülh yar olsun!

Haşiyələr

Hərfən «təvazökarlıqla qurşanın»
Hərfən «qüdrətli əlinin altına keçin»
Yunan mətnində işlənmiş şəxs əvəzliyi qadın cinsindədir və çox güman Babildəki yığıncağı təmsil edir