Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Peter 4:1—19

4  Beləliklə, Məsih cismən əzab çəkdiyi üçün siz də eyni düşüncə tərzi ilə savaşa hazırlaşın. Çünki cismən əzab çəkən insan daha günah etmir.  Belə insan qalan ömrünü insanların istəyini yox, Allahın iradəsini yerinə yetirmək üçün yaşayır.  Yetər ki, siz keçmişdə millətlərin istəyini yerinə yetirir, ehtiraslara, əyyaşlığa, kef məclislərinə, sərxoşluğa və qanunsuz bütpərəstliyə qurşanaraq pozğun həyat sürürdünüz.  Onlar məəttəl qalırlar, axı siz artıq onlarla birlikdə həmin pozğunluq girdabına qaçmırsınız. Buna görə haqqınızda təhqiramiz sözlər deyirlər.  Onlar diriləri və ölüləri mühakimə etməyə hazır olanın qarşısında cavab verəcəklər.  Məhz elə buna görə də xoş xəbər ölülərə bəyan edilmişdi ki, onlar insanların gözündə cismən mühakimə edilsinlər, ancaq Allahın gözündə ruhən yaşaya bilsinlər.  Hər şeyin sonu yaxındır. Buna görə də sağlam düşüncəli və dualarda ayıq olun.  Ancaq hər şeydən əvvəl bir-birinizi hərarətlə sevin, çünki məhəbbət bir çox günahın üstünü örtür.  Bir-birinizə deyinmədən qonaqpərvərlik göstərin. 10  Hər kəs aldığı ənama əsasən, Allahın müxtəlif yollarla ifadə olunan lütfünün nümunəvi nökərbaşısı kimi bir-birinə xidmət etsin. 11  Danışan qoy Allahın müqəddəs sözlərini danışsın; xidmət edən qoy Allahın verdiyi gücə arxalanaraq xidmət etsin. Beləcə, Allah hər şeydə İsa Məsih vasitəsilə ucalacaq. Qoy qüdrət və şöhrət əbədiyyən Onun olsun! Amin. 12  Əzizlərim, qəribə bir şey baş verirmiş kimi, aranızda yanan oda təəccüblənməyin. Bu, sizi sınamaqdan ötrüdür. 13  Əksinə, Məsihin əzablarına şərik olduğunuz üçün sevinin. Onda Məsih şöhrətlə zühur edəndə də sevinib şadlanacaqsınız. 14  Əgər sizi Məsihin adına görə təhqir edirlərsə, siz xoşbəxtsiniz, çünki şöhrət ruhu, yəni Allahın ruhu üzərinizdədir. 15  Qoy sizlərdən heç kim qatil, oğru, cani və ya başqalarının işinə qarışan adam kimi zərər çəkməsin. 16  Əgər insan məsihçi kimi əzab çəkirsə, qoy utanmasın, əksinə, bu adı daşıdığı üçün Allahı mədh etsin. 17  Hökm Allahın evindən başlayacaq və bunun üçün təyin edilmiş vaxt artıq yetişdi. Əgər hökm bizdən başlayacaqsa, gör Allahın xoş xəbərinə itaət etməyənlərin axırı necə olacaq? 18  «Əgər saleh güc-bəla ilə xilas olursa, gör Allahdan qorxmayan günahlıları nə gözləyir?!» 19  Buna görə də qoy Allahın iradəsinə uyğun olaraq əzab çəkənlər yaxşı işlər görərək özlərini sadiq Yaradana tapşırsınlar.

Haşiyələr