Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Peter 3:1—22

3  Siz də ey qadınlar, ərlərinizə tabe olun ki, Allahın sözünə itaət etməyən ərləriniz  sizin ismətli yaşayışınızı və dərin hörmətinizi görüb, davranışınızla sözsüz fəth edilsinlər.  Özünüzü yalnız zahiri şeylərlə: müxtəlif saç düzümləri, qızıl zinət əşyaları və ya dəbdəbəli libaslarla bəzəməyin.  Qoy bəzəyiniz Allahın gözündə çox qiymətli olan sakit və həlim ovqatın* çürüməyən libasını geymiş daxili aləminiz olsun.  Qədimdə Allaha ümid edən müqəddəs qadınlar da ərlərinə tabe olaraq özlərini məhz bu cür bəzəmişlər.  Məsələn, Sara İbrahimə «ağam» deyərək ona itaət edirdi. Əgər siz də yaxşılıq edir və heç nəyin sizi qorxutmasına yol vermirsinizsə, onun övladlarısınız.  Ey ərlər, hər biriniz həyat yoldaşınızla biliyə əsasən davranın. Qadın daha zəif olub zərif bir qaba bənzədiyi üçün onu qiymətləndirin ki, dualarınızın qarşısını heç nə kəsməsin. Axı siz də onlarla birlikdə Allahın lütfü ilə verilən həyat ənamının varisisiniz.  Nəhayət, hamınız həmfikir, bir-birinizin dərdinə şərik, qardaş sevən, şəfqətli və təvazökar olun.  Pisliyə pisliklə ya da təhqirə təhqirlə cavab verməyin, əksinə, hamıyla mehribancasına danışın. Çünki siz xeyir-dua vermək üçün çağırılmısınız. 10  «Həyatı sevən və xoş gün görmək istəyən qoy dilini şərdən saxlasın və dilinə yalan söz gətirməsin. 11  Qoy o, şərdən çəkilib yaxşılıq etsin və daima sülhə can atsın. 12  Çünki Yehovanın gözü salehlərin üstündədir və qulağı onların yalvarışlarını eşidir. Ancaq pis iş görənlərdən Yehova üz döndərir». 13  Doğrudan da, əgər yaxşılığa can atırsınızsa, kim sizə pislik edə bilər? 14  Salehlik uğrunda əzab çəksəniz də siz xoşbəxtsiniz. Onları qorxuya salan şeylərə görə qorxmayın və narahat olmayın. 15  Məsihi bir Ağa kimi ürəyinizdə müqəddəs tutun, sizdən izahat tələb edən hər kəsin qarşısında ümidinizi müdafiə etməyə həmişə hazır olun, ancaq bunu həlimliklə və dərin hörmətlə edin. 16  Vicdanınızı təmiz saxlayın ki, nümunəvi məsihçi davranışınızın əleyhinə danışanlar utanıb xəcalət çəksinlər. 17  Əgər Allahın iradəsinə uyğundursa, yaxşılıq edərək əzab çəkmək pislik edib əzab çəkməkdən yaxşıdır. 18  Axı saleh insan olan Məsih də qeyri-salehlərin uğrunda günahlardan ötrü bir dəfə öldü ki, sizi Allaha yaxınlaşdıra bilsin. O, cismən öldü, ruhani varlıq kimi dirildi. 19  Sonra gedib zindanda olan ruhani varlıqlara təbliğ* etdi. 20  Bunlar qədimdə, Nuhun günlərində gəmi tikilib qurtaranacan Allahın səbirlə gözlədiyi vaxt itaətsizlik etmiş ruhani varlıqlardır. Həmin gəmidə bir neçə adam, yəni səkkiz nəfər sudan sağ-salamat çıxmışdı. 21  İndi də buna oxşar bir şey, vəftiz mövcuddur. Vəftiz (bədənin kirdən təmizlənməsi yox, təmiz vicdandan ötrü Allaha dilək) sizi İsa Məsihin dirilməsi vasitəsilə xilas edir. 22  O, göyə qalxandan sonra Allahın sağında əyləşdi; mələklər, hakimiyyətlər və qüvvələr ona tabe edildi.

Haşiyələr

Hərfən «ruhun»
Yaxud «hökm xəbərini çatdırdı»