Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Peter 2:1—25

2  Beləliklə, hər cür pisliyi, hiyləni, riyakarlığı, paxıllığı və şər-böhtanı kənara qoyun.  Anadan təzəcə doğulmuş çağa kimi Allahın sözündəki saf südə qarşı iştaha oyadın ki, onun vasitəsilə böyüyüb xilasa yetişəsiniz.  Axı siz Ağamızın xeyirxahlığını dadmısınız.  Siz ona, insanların rədd etdiyi, amma Allahın seçdiyi və qiymətləndirdiyi canlı daşa yaxınlaşanda,  canlı daş olan sizlərdən İsa Məsihin vasitəsilə Allaha məqbul ruhani qurbanlar təqdim etmək və müqəddəs kahinlər tayfası olmaq üçün ruhani ev ucalır.  Çünki Müqəddəs Yazılarda yazılıb: «Baxın! Mən Sionda guşədaşı, seçilmiş, qiymətli bir təməl daşı qoyuram. Ona iman edən heç vaxt peşman olmayacaq».  Beləliklə, siz iman edənlər onun qədrini bilirsiniz, iman etməyənlər üçünsə «bənnaların rədd etdiyi həmin o daş guşədaşı»,  «büdrədən daş və yıxılma qayası» oldu. Belələri sözə itaət etmədikləri üçün büdrəyirlər. Onların aqibəti budur.  Ancaq siz «seçilmiş soy, padşah və kahin tayfası, müqəddəs millət, Allahın məxsusi xalqısınız», sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıranın «əzəmətli keyfiyyətlərini bəyan etmək» üçün seçilmisiniz. 10  Bir vaxtlar siz xalq deyildiniz, indi isə Allahın xalqısınız. Sizə mərhəmət göstərilməmişdi, indi isə mərhəmət gördünüz. 11  Əzizlərim, qərib və müvəqqəti sakin olan sizlərdən rica edirəm: canınızla savaşan cismani istəklərdən uzaq durun. 12  Başqa millətlərin arasında bundan sonra da nümunəvi davranın ki, sizə qara yaxanlar yaxşı işlərinizi müşahidə edib yoxlama günündə Allahı mədh etsinlər. 13  Ağamızın xatirinə insan hakimiyyətlərinə tabe olun. Ən yüksək vəzifə tutduğuna görə padşaha, 14  yaxud pis iş görənləri cəzalandırmaq, yaxşı iş görənləri isə mükafatlandırmaq üçün padşah tərəfindən göndərilmiş hakimlərə tabe olun. 15  Çünki Allah istəyir ki, siz yaxşı işlərinizlə nadanlıqla danışan cahilləri susdurasınız. 16  Azad adamlar kimi yaşayın, Allahın qulları olduğunuz üçün azadlığınızdan pis əməllər üçün pərdə kimi istifadə etməyin. 17  Hər cür insana hörmət edin, bütün qardaşlığı sevin, Allahdan qorxun və padşaha hörmət bəsləyin. 18  Qoy nökərlər ağalarına tabe olsunlar, özü də təkcə xeyirxah və mülayim olanlara yox, həmişə narazı olanlara da layiqincə hörmət bəsləsinlər. 19  Əgər kimsə Allah qarşısında vicdanını təmiz saxlamaqdan ötrü əzablara qatlaşır və haqsızlığa məruz qalırsa, bu, təqdirə layiqdir. 20  Əgər siz günah iş gördüyünüz üçün döyülür və buna qatlaşırsınızsa, bunun nə faydası? Ancaq yaxşı iş gördüyünüz üçün əzab çəkirsinizsə və buna dözürsünüzsə, bu, Allaha məqbuldur. 21  Siz məhz bunun üçün çağırılmısınız. Axı Məsih də sizin uğrunuzda əzab çəkdi və sizə nümunə qoydu ki, onun izi ilə gedəsiniz. 22  O, heç bir günah işləməmişdi, onun ağzından yalan söz çıxmamışdı. 23  O, təhqirə təhqirlə cavab vermirdi. Əzab çəkəndə kimsəyə hədə-qorxu gəlmirdi, lakin özünü adil Hakimə tapşırırdı. 24  O, günahlarımızı öz bədənində daşıyıb dirəyin üzərinə apardı ki, biz günahdan yaxa qurtarıb salehlik üçün yaşayaq. «Siz onun yaraları ilə şəfa tapdınız». 25  Siz yolunu azmış qoyunlar kimi idiniz, ancaq indi canınızı qoruyan çobanın və nəzarətçinin yanına qayıtdınız.

Haşiyələr