Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Yəhya 5:1—21

5  İsanın Məsih olduğuna inanan Allahın övladıdır və Allahı sevən Onun övladlarını da sevir.  Əgər Allahı sevir və əmrlərinə riayət ediriksə, deməli, Onun övladlarını da sevirik.  Çünki Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir, Onun əmrləri isə ağır deyil.  Allahın övladı olan hər bir adam dünyaya qalib gəlir. Bəli, biz imanımızla dünyaya qalib gəlmişik.  İsanın Allahın Oğlu olduğuna inanan dünyaya qalib gəlmirsə, bəs kim gəlir?  İsa Məsih su və qan vasitəsilə gəldi. O, təkcə su ilə yox, su və qanla gəlmişdir. Ruh da buna şəhadət edir və ruhun şəhadəti doğrudur.  Beləliklə, üç şahid var:  ruh, su və qan. Bunların üçü də bir-birilə həmahəngdir.  Əgər insanların şəhadətini qəbul ediriksə, məgər Öz Oğlu haqqında şahidlik edən Allahın şəhadəti daha üstün deyil? 10  Allahın Oğluna inanan insan şəxsən özü üçün şəhadət almışdır. Allaha inanmayan insan isə Onu yalançı edir, çünki Allahın Öz Oğlu haqqında verdiyi şəhadətə inanmır. 11  Həmin şəhadət budur: Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır. 12  Oğulla vəhdətdə olanın əbədi həyatı var, lakin Allahın Oğlunu qəbul etməyən əbədi həyatdan məhrum olur. 13  Allahın Oğlunun adına inanan sizlərə yazıram ki, əbədi həyata sahib olduğunuzu biləsiniz. 14  Biz Allaha müraciət edəndə əminik ki, O, iradəsinə müvafiq olan hər bir diləyimizi eşidir. 15  Onun hər bir diləyimizi eşitdiyini biliriksə, dilədiyimiz şeyləri alacağımızı da bilirik, çünki Ondan istəmişik. 16  Əgər kimsə qardaşının ölümə aparmayan bir günah iş tutduğunu görürsə, ondan ötrü Allaha dua etsin və Allah, ölümə aparmayan günah iş tutmuş o adama həyat verəcək. Ölümə aparan günah da var. Belə günah haqqında dua etməyi demirəm. 17  Salehliyə zidd hər cür hərəkət günahdır, bununla belə ölümə aparmayan günah var. 18  Biz bilirik ki, Allahın övladı olan adam günah işləmir, Allahın Oğlunun gözü onun üstündədir və Şərir onu ələ keçirə bilməz. 19  Biz Allahdan olduğumuzu bilirik, bütün dünya isə Şəririn* əlindədir. 20  Biz bilirik ki, Allahın Oğlu gəlib və həqiqi Allah haqqında öyrənmək üçün bizə dərrakə verib. Biz həqiqi Allahla Onun Oğlu İsa Məsihin sayəsində vəhdətdəyik. O, həqiqi Allah və əbədi həyatdır. 21  Əziz balalar, özünüzü bütlərdən qoruyun.

Haşiyələr

Yəni Şeytanın