Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Yəhya 4:1—21

4  Əzizlərim, eşitdiyiniz hər ilhamlanmış kəlməyə* inanmayın, lakin onların Allahdan olub-olmadığını yoxlayın, çünki dünyada bir çox saxta peyğəmbər peyda olub.  Allahdan ilham almış kəlmələri belə tanımaq olar: İsa Məsihin insan kimi gəldiyini təsdiq edən kəlmələr Allahdandır,  amma İsanı qəbul etməyən ilham almış kəlmələr Allahdan deyil. Bunlar Məsihin əleyhdarının ilhamlandırdığı kəlmələrdir, siz bu kəlmələrin dünyaya gələcəyini eşitmisiniz və onlar artıq dünyadadır.  Əziz balalar, siz Allahdansınız və belə adamlara qalib gəlmisiniz, çünki sizinlə vəhdətdə olan bu dünya ilə vəhdətdə olandan böyükdür.  Onlar dünyadandırlar; buna görə də dünyanın dilində danışırlar və dünya onlara qulaq asır.  Biz isə Allahdanıq. Allah haqqında öyrənən bizə qulaq asır, Allahdan olmayan isə bizə qulaq asmır. Həqiqətin ilhamlandırdığı kəlmələri və yalanın ilhamlandırdığı kəlmələri beləcə ayırd edirik.  Əzizlərim, bir-birimizi daima sevək, çünki məhəbbət Allahdandır, sevən adam Allahın övladıdır və Allah haqqında öyrənir.  Sevməyən Allahı tanımamışdır, çünki Allah məhəbbətdir.  Allah ilkin Oğlunu dünyaya göndərdi ki, onun vasitəsilə həyata qovuşaq və beləcə, Öz məhəbbətini bizə göstərdi. 10  Əsil məhəbbət odur ki, biz Allahı yox, O, bizi sevdi və Oğlunu günahlarımızı örtən barışıq qurbanı kimi dünyaya göndərdi. 11  Əzizlərim, Allah bizi belə sevdisə, biz də bir-birimizi sevməyə borcluyuq. 12  Allahı heç vaxt görən olmayıb; əgər bir-birimizi seviriksə, Allah bizimlədir və Onun məhəbbəti bizdə kamilliyə yetişir. 13  Bizim Onunla və Onun bizimlə vəhdətdə olduğunu bizə Öz ruhundan pay verdiyindən bilirik. 14  Biz bunu şəxsən görmüşük və şəhadət edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı kimi göndərib. 15  Kim İsa Məsihi Allahın Oğlu kimi qəbul edirsə, Allah onunla, o da Allahla vəhdətdədir. 16  Biz də Allahın bizi sevdiyini bilmişik və bu məhəbbətə inanmışıq. Allah məhəbbətdir və məhəbbət yolundan dönməyən Allahla vəhdətdədir, Allah da onunla vəhdətdədir. 17  Beləcə məhəbbət ürəyimizdə kamilliyə yetişir ki, Hökm günündə cəsarətlə danışa bilək, axı biz də bu dünyada Məsihin yaşadığı kimi yaşayırıq. 18  Məhəbbətdə qorxu yoxdur. Kamil məhəbbət qorxunu qovur. Qorxu insanı iflic edir, buna görə də qorxan adamın məhəbbəti kamilliyə çatmamışdır. 19  Bizə gəlincə, biz sevirik, çünki əvvəlcə Allah bizi sevdi. 20  Kimsə dildə: «Allahı sevirəm», — deyib, qardaşına nifrət edirsə, o, yalançıdır, çünki gördüyü qardaşını sevməyən adam heç vaxt görmədiyi Allahı sevə bilməz. 21  Ondan aldığımız əmr budur: Allahı sevən qardaşını da sevməlidir.

Haşiyələr

Hərfən «ruha»