Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Yəhya 3:1—24

3  Görün Atamız bizə necə də böyük məhəbbət bəsləyir! O, bizi Öz övladları adlandırdı və biz, doğrudan da, Onun övladlarıyıq. Buna görə də dünya bizi tanımır, çünki Allahı tanımamışdır.  Əzizlərim, indi biz Allahın övladlarıyıq, amma gələcəkdə necə olacağımız hələ bəlli deyil. Bircə onu bilirik ki, O Özünü bizə göstərəndə, biz Onun kimi olacağıq, çünki Onu olduğu kimi görəcəyik.  Ümidini Ona bağlayan hər kəs təmizlənib Onun kimi pak olur.  Günah işləyən adam qanunsuzluq edir, ona görə ki, günah qanunsuzluqdur.  Siz həm də bilirsiniz ki, o, günahlarımızı yumaq üçün gəlmişdi; onda günah deyilən şey yoxdur.  Onunla vəhdətdə olan adam günah işləmir. Günah işləyən adam onu nə görmüş, nə də tanımışdır.  Əziz balalar, qoy heç kim sizi yoldan çıxartmasın; Məsih saleh olduğu kimi, saleh ömür sürən də saleh adamdır.  Günah işləyən adam isə İblisdəndir, çünki İblis başlanğıcdan günah işləyir. Allahın Oğlu məhz İblisin işlərini dağıtmaq üçün gəlmişdi.  Allahın övladı olan adam günah işləmir, çünki onda Allahın verdiyi toxum vardır. Allahın övladı olduğu üçün belə adam günah işləməyi bacarmır. 10  Allahın övladlarını və İblisin övladlarını belə tanımaq olar: saleh ömür sürməyən və qardaşını sevməyən Allahdan deyil. 11  Əvvəldən eşitdiyiniz sözü yaddan çıxarmayın: biz bir-birimizi sevməliyik, 12  Şərirdən olan və qardaşını öldürən Qabil kimi olmamalıyıq. O, qardaşını nəyə görə öldürdü? Çünki öz əməlləri pis, qardaşınınkı isə saleh idi. 13  Qardaşlar, dünyanın sizə nifrət etdiyinə təəccüblənməyin. 14  Biz qardaşlarımızı sevdiyimiz üçün ölümdən həyata keçdiyimizi bilirik. Qardaşını sevməyən ölü vəziyyətdə qalır. 15  Qardaşına nifrət edən qatildir və siz bilirsiniz ki, heç bir qatilin əbədi həyatı yoxdur. 16  Biz məhəbbətin nə olduğunu onun öz canını bizim uğrumuzda fəda etməsindən öyrəndik; biz də qardaşlarımız uğrunda canımızı fəda etməyə borcluyuq. 17  Amma firavan yaşayan adam qardaşının korluq çəkdiyini görüb ondan şəfqətini əsirgəyirsə, belə adamda Allaha qarşı məhəbbət necə ola bilər? 18  Əziz balalar, gəlin bir-birimizi sözdə və ya dildə yox, əməldə sevək və bunu səmimiyyətlə edək. 19  Bundan həqiqət yolunda olduğumuzu biləcəyik və ürəyimiz bizi bir şey üstə qınasa da, onu Allahın məhəbbətinə inandıracağıq, 20  çünki Allah ürəyimizdən böyükdür və hər şeyi bilir. 21  Əzizlərim, əgər ürəyimiz bizi qınamırsa, onda Allaha cəsarətlə müraciət edə bilərik 22  və Onun əmrlərinə riayət edib, gözündə xoş olanı etdiyimiz üçün dilədiyimiz hər şeyi alırıq. 23  Onun əmri budur ki, Oğlu İsa Məsihin adına inanaq və bizə verdiyi əmrə əməl edib bir-birimizi sevək. 24  Onun əmrlərinə əməl edən Onunla vəhdətdədir və O Özü də belə adamla vəhdətdədir; Onun bizimlə vəhdətdə olduğunu isə bizə verdiyi ruhun sayəsində bilirik.

Haşiyələr